Nazir oğlunun məktəbində dərəbəylik: valideynlərə pul qaytarılmır - dodaq uçuqladan qiymətlər...
- Ətraflı
- Yaradılıb 06.02.2019 09:48
- Baxış sayı: 32
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi Tale Heydərovun məktəbindən narazılıq olunub.
Dosye.org-un verdiyi xəbərə görə, valideynlər Avropa Azərbaycan Məktəbinin verdiyi təhsildən şikayətləniblər.
Onlar övladlarını oradan çıxarıb, başqa təhsil müəssisəsinə yerləşdirmək istəyir. Ancaq müqaviləyə görə, ödənilmiş təhsil haqqının müəyyən faizi onlara qaytarılmalı olsa da, məktəb bundan boyun qaçırır.
Bu barədə yenicag.az-a Avropa Azərbaycan Məktəbində təhsil alan şagirdlərdən birinin valideyni Vüsalə Hacıyeva məlumat verib.
V.Hacıyeva bildirib ki, Avropa Azərbaycan Məktəbində təhsil haqqı çox bahadır, ancaq bunun qarşılığında verdikləri təhsilin səviyyəsi qat-qat aşağıdır:
“10 min 500 manat təhsil haqqı ödəmişik. Ancaq uşaqların təhsil səviyyəsi çox aşağıdır. Bunu təkcə mən yox, bir neçə valideyn deyir. Dəfələrlə məktəb rəhbərliyinə şikayət etmişik”.
V.Hacıyeva qeyd edib ki, şikayət edən valideynin uşaqlarına çox aşağı qiymət yazırlar: “Şikayət etdiyimiz üçün mənim və bir neçə valideynin uşağına 2, 3 qiymətləri yazıblar. Bu yaxında hətta uşaqlardan birinə 1 qiyməti yazmışdılar.
Uşaqlara bu qiymətlər yazılandan sonra motivasiyaları düşür, məktəbə getmək istəmirlər. Buna görə də qərar verdim ki, övladımı həmin məktəbdən çıxarım. Bu zaman isə başqa bir problem ortaya çıxdı”.
“Müqaviləyə görə, uşaq məktəbdən çıxarsa, ödənilmiş təhsil haqqının müəyyən faizi geri ödənməlidir” deyən valideyn bu məbləği tələb etsə də, məktəb rəhbərliyinin bir həftədən çoxdur bu müraciətə əhəmiyyət vermədiyini qeyd edib:
“Bir həftədən çoxdur məktəb rəhbərliyi ilə görüşmək istəyirəm. Ancaq hər dəfəsində deyirlər ki, məktəbdə deyil. Ödədiyim təhsil haqqının müəyyən faizini tələb edirəm, həll edəcəyik deyib, etmirlər.
Məktəbin adı “Avropa Azərbaycan Məktəbi”dir, ancaq Avropadan xəbərləri yoxdur. Pul tələb edəndə, təhsil haqqı ödəmək lazım olanda adamın gözün tökürlər, ancaq problem yarananda yoxa çıxırlar”.
Sonda V.Hacıyeva vurğulayıb ki, Bakı şəhər məktəbləri uşağı məktəbə götürməkdən imtina edir. Buna görə də Təhsil Nazirliyinə və Bakı Şəhər Baş Təhsil İdarəsinə şikayət edib. Avropa Azərbaycan Məktəbinin direktoru Qari Qrippindir.
Cahan.info media istinadla xəbər verir ki, burada qiymətlər dodaq uçurdacaq səviyyədədir. Belə ki, 1-4-cü siniflər üçün 9800 manat, 5-9-cu siniflərə 12 000 manatdır. 10-11-ci siniflər üçün 14 000 manat nəzərdə tutulub.
Bu məktəbin təsisçisi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Nazir oğlu 2011-ci ildə Bakıda özəl Avropa Azərbaycan Məktəbinin əsasını qoyub.
T.Heydərov məktəbin Himayədarlar Şurasının Prezidentidir. Məktəbdə guya aztəminatlı ailələlərin övladları üçün güzəştlər tətbiq edilir. Ancaq heç bir güzəştdən söhbət gedə bilməz. Çünki bu məktəbdə aztəminatlı ailənin övladları təhsil almırlar.
“The International School of Azerbaijan” məktəbində isə təhsil bağça yaşından başlayır. Burada valideynlər uşaqlarının məktəbə hazırlığı üçün 11 min ABŞ dolları ödəməlidir.
1-ci sinifdən 9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yuxarı isə təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır. “Bakı Türk Liseyi”ndə illik ödəniş 8000 manat, “Dədə Qorqud” liseyində isə 5550 manatdır.
Paytaxtda türk liseyləri arasında qiymətinə görə, ən münasibi “Atatürk liseyi”dir ki, onun da illik təhsil haqqı 1500 manatdır.
Bu arada araşdırmaçi jurnalist Cavanşir Həsənli özünün feysbuk səhifəsində yazıb ki, 2003-cü ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərov Londonda oxuduğu İqtisadi və siyasi elmlər məktəbində bakalavr təhsili alan İran əsilli Almaniya vətəndaşı Şahin Namati-Nasab ilə tanış olur, dostluq münasibətləri qurur.
2006-cı ildə atasının fövqəladə hallar naziri təyin olunmasının ardınca London Azərbaycan Cəmiyyətini yaradan Tale Heydərov Şahin Namati-Nasabı da təşkilata cəlb edir. 2008-ci ildən Avropa Azərbaycan Cəmiyyəti adlanan qurumun Almaniya şöbəsi Şahin Namati-Nasaba həvalə edilir.
2010-cu ildə "Avropa Azərbaycan Cəmiyyəti Almaniya" Gmbh 25 min avro nizamnamə kapitalı ilə Şahin Namati-Nasabın adına qeydiyyatdan keçirilir və Charlottenburg (Berlin) ədliyyəsində HRB 135324 B saylı şəhadətnamə alır. Hazırda ofisi Berlinin mərkəzindəki Bellevuestr. 1 ünvanında yerləşir.
Heydərovların Almaniyadakı şirkətləri məhz Şahin Namati-Nasabla Tale Heydərovun Londondakı məktəbdən başlayan dostluğu üzərində qurulur.
Heydərovların təqdimatı ilə Şahin Namati-Nasab Azərbaycan hakimiyyətinin sevimlisinə çevrilir, Azərbaycanı səfirliyi ilə sıx münasibətlər qurur, tədbirlərə dəvət olunur. Qarabağ və Xocalı ilə bağlı tədbirlərə qatılır.
Dosye.org
Xəbər Lenti
- 22.02.2019 İşgəncələrə Qarşı Azərbaycan Komitəsi daha 5 rayon polis idarəsində monitorinq keçirdi
- 22.02.2019 Azərbaycanlı müğənni ermənilərin dəvət aldığı toyda elə rəqs etdi ki...
- 22.02.2019 Araz Abdullayev əvəzedici komandaya göndərildi
- 22.02.2019 Çeçen-azərbaycanlı davasının səbəbkarı Moskvadan qaçdı
- 22.02.2019 Mehman Əliyevə vəzifə verildi - RƏSMİ
- 22.02.2019 Azərbaycan konfetləri Ermənistanda çaşqınlığa səbəb oldu
- 22.02.2019 Laçından ŞOK MƏKTUB: Təhsil şöbəsini Malik Vəliyevdən xilas edin
- 22.02.2019 Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin Avropa biznesi – FOTOLAR
- 22.02.2019 Azərbaycanda 19 yaşlı ana doğuş zamanı ölüb
- 22.02.2019 Ucar rayon Pambıq emali zavodunun direktoru Həsən Şahverdiyevun korrupsiya cinayəti
- 22.02.2019 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT
- 22.02.2019 Yevlaxda fermanın keşikçisi güllələnərək qətlə yetirilib
- 22.02.2019 "Qurban Qurbanov futbolçu kimi böyüməyimə birbaşa təsir edib" - Aqolli
- 22.02.2019 Sumqayıtdakı qəza ilə bağlı CİNAYƏT İŞİ başlandı
- 22.02.2019 "Onu Allaha həvalə edirəm" - Damla intim görüntüdən danışdı
- 22.02.2019 Afiq Səfərov "Azərsun"dan getdi
- 22.02.2019 Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- 21.02.2019 “Sosial şəbəkə tankdan qorxulu silahdır” - Polad Bülbüloğlu
- 21.02.2019 “Nar” sosial layihələrini bu il də davam etdirəcək
- 21.02.2019 Orta məktəbin qadın müəllimləri arasında dava: cinayət işi başlanıldı
- 21.02.2019 Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərdi
- 21.02.2019 Ev qadını idi, birdən-birə həyatı dəyişdi - 80 işçisi var
- 21.02.2019 Sumqayıtdakı qəzada yaralılardan biri hamilədir - RƏSMİ AÇIQLAMA
- 21.02.2019 Kadırova sui-qəsd hazırlayan çeçen “Neolit” olayında
- 21.02.2019 Millimizin üzvü Çexiyanın yüksək liqa klubunda
- 21.02.2019 Məhkəmədə hakim və prokurora hücum etdi
- 21.02.2019 Sumqayıtda başçının 1-ci müavini bağça müdirinin evini banka girov qoydurub- BİABIRÇILIQ
- 21.02.2019 Azərbaycan sosial şəbəkələr necə tənzimlənəcək?
- 21.02.2019 Ziyafət Əsgərov: “Azərbaycanda təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər”
- 21.02.2019 Sabirabad Rayon Səfərbərlik Və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətində Bayrağımız Zibilə Büküldü….
- 21.02.2019 Dünya futbol ulduzları Bakıya gəlir
- 21.02.2019 “Problemli kreditlərlə bağlı banklar güzəşt etməlidir” - Deputat
- 21.02.2019 “Neolit”dəki davanın səbəbkarı olan çeçen bloger terrorçuluqda təqsirləndirilir
- 21.02.2019 İnternat evinin məzunlarını mənzil adı ilə kim aldadıb? - GİLEY
- 21.02.2019 Mustafa Hacıbəyliyə hökm oxundu
- 21.02.2019 "Sağlam həyat- Sağlam gələcəkdir"- Quba polisi
- 21.02.2019 Arif Əsgərovun xaricdəki şirkətləri əlindən alınıb
- 21.02.2019 Bakıda ailə faciəsi - Bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü