Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisinə qarşı ciddi ittihamlar


Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisinə qarşı ciddi ittihamlar

Font ölçüsü

123“Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində vəziyyət yenə də dözülməz həddədir”. Bunun tia.az-ın redaksiyasına ünvanladığı müraciətdə  idarənin adlarının çəkilməsini istəməyən işçiləri qeyd ediblər. Onlar bildirirlər ki, qarşıdan gələn yeni il tədbirləri ilə əlaqədar olaraq idarənin rəisi Əlikram Əliyev Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Rəşadət Həşimovun xətti ilə “Günəş” şadlıq sarayında (əvvəlki Vahid evi) keçiriləcək şənliklərə məcburi bilet satdırır: “Həmin biletlər isə elə Rəşadətin rəhbərlik etdiyi mərkəzdə çap olunur. Bütün musiqi məktəbləri, kitabxana, mədəniyyət evləri və muzeylərə bu biletlər məcburi qaydada satdırılır. Birinin qiyməti 8 manat olan biletlər hər bir müəssisəyə 200-400 sayda verilir. İmtina etmək isə qadağandır”.
Müraciətdə bildirilir ki, idarənin kadrlar şöbəsinin müdiri Təranə Həsənova Əlikram Əliyevin yaxın qohumudur: “O, kobud, aşağılayıcı, alçaldıcı rəftarı ilə bütün yaşlı və cavan mədəniyyət işçilərini bezdirib. Lakin rəisin yaxın qohumu statusu onu toxunulmaz edir. 30 yaşlı bu cavan qadın özündən qat-qat yaşlı direktor və işçilərlə hədsiz dərəcədə kobud rəftar edir. Əhəmiyyətsiz bir məsələ üçün insanları get-gələ salmaq onun üçün adi haldır”.
Şikayətçilər qeyd edirlər ki, 1 və 2 saylı Maliyyə və İqtisadi Regional bölmələri Ə.Əliyev üçün büdcədən pul silməklə məşğuldurlar: “Buna sübut kimi onu demək olar ki, il ərzində maliyyə açılan dövrlərdə yəni ildə iki dəfə həmin maliyyə bölmələrinin rəhbərlərini əllərində politelin torba dolu pullarla idarə rəisinin yanında görmək olar. Elə buna görədir ki, Əlikram Əliyev son illərdə ölçüsüz varidata yiyələnib. Bir çox məclislərdə fəxrlə dediyi kimi, yaşadığı Mərdəkan qəsəbəsinin girişindən başlayan ticarət obyektləri, mebel mağazaları, çay, bilyard salonları, öz istifadəsində olan və yaxınlarına hədiyyə etdiyi sonu 047 ilə bitən avtomobillərin və digər nemətlərin sahibinə çevrilib. Təbii ki, o bunları inkar edəcək. Çünki bu obyektlər onun yaxın qohumlarının və tanışlarının adına rəsmiləşdirilib.
Minlərlə narazı mədəniyyət işçilərini düşündürən bir sual var. Görəsən Əlikram Əliyev adi məmur maaşı ilə bu qədər var-dövlətə necə sahib ola bilib? Əlikram Əliyevin bu sehirli uğur düsturunu 130-170 manat əmək haqqı alan və aldıqlarından çoxunu məcburi biletlərə verən mədəniyyət işçiləri də öyrənmək istəyir.
Bir də onu bilmək istəyirik ki, mədəniyyət sahəsi kimi həssas və son illər dövlətimiz tərəfindən xüsusi diqqət ayrılan bir sahəyə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə nə üçün 1983-1986-cı illərdə məhkumluq həyatı yaşamış biri rəhbərlik edir? Əlikram Əliyev bu dərəcədəmi əvəzedilməz insandır?!
Onu da nəzərinizə çatdıraq ki, Bakı şəhərində yerləşən incəsənət və musiqi məktəblərinin direktorları ilə Əlikram Əliyevin arasında münasibət çox kritik səviyyəyə çatıb. Artıq heç bir direktor onunla işləmək niyyətində deyil.
Biz mədəniyyət işçiləri dəfələrlə müraciət etsək də təəssüflər olsun ki, nə Əbülfəs Qarayev, nə də Hacıbala Abutalıbov heç bir reaksiya verməyiblər”.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.