Əli Əhmədov: "Seçkilər çox uğurla baş tutub"


Əli Əhmədov: "Seçkilər çox uğurla baş tutub"

Font ölçüsü

axmedov.jpg

“Yeni Azərbaycan Partiyası bugünkü bələdiyyə seçkilərində səsvermədə çox yaxından iştirak edib, bütün bələdiyyələrdə öz namizədini irəli sürüb. Bütövlükdə ölkədə irəli sürülən namizədlərdən 40 faizdən çoxu YAP-ın namizədi olub”.

Bunu YAP sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Seçkilərdə YAP-ın 16 760 nəfər namizədinin olduğunu deyən Ə. Əhmədov bildirib ki, bunlardan 4400 nəfəri partiya tərəfindən, 3356 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: “Bu, YAP resursunun ölkədə nə qədər çox olmasından xəbər verir”.

Seçkilərin baş tutduğunu bildirən YAP sədr müavini deyib ki, partiya seçki nəticələrinə böyük ümid bəsləyir: “İstinad etdiyimiz başlıca seçki resursu bu ümidlərə əsas verir”.

Ə. Əhmədov bildirib ki, seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib: “Müşahidəçilərimiz çox geniş şəkildə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.