"İcra başçısı Horadizdə 100 illik ağaclar kəsdirdi"


"İcra başçısı Horadizdə 100 illik ağaclar kəsdirdi"

Font ölçüsü

ALİ.jpg

"Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub"

Füzuli rayonu Horadiz qəsəbəsində 100 yaşı olan çinar ağacları kəsilib.Bu barədə rayon sakini Nəsimi Hüseynov məlumat verib. O, bununla bağlı prezidentə də müraciət etdiyini bildirib.

N. Hüseynov deyib ki, Horadiz şəhərinin mərkəzi küçəsi hesab olunan "20 Yanvar" küçəsində 1950-ci illərdə əkilmiş 15-ə yaxın Xan çinarının kəslib, yox edilib.

O, azfakt.com-a bildirib ki, "20 Yanvar" küçəsindəki çinarlar rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə kəsilib.

Məlumata görə, Alı Alıyev 100 illik ağacları ona görə kəsib ki, guya Xan çinarları Horadiz şəhəri "20 Yanvar" küçəsinin hasarlarının görünüşünə mane olurmuş: "Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları buna müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub. Görünür, prezident İlham Əliyevin ağacların kəsilməməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqları Alı Alıyev qulaqardına vurub. Belə olmasaydı, icra başçısı prezidentin xəbərdarlığına nəzərə alaraq Xan çinarlarını kəsdirməzdi..."

Çinar ağaclarının kəsilməsini əks etdirən video görüntülər sosial şəbəkələrdə də yayılıb.

Füzuli Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.