Gəncə Dövlət Universiteti böyüyür və inkşaf edir - FOTOLAR


Gəncə Dövlət Universiteti böyüyür və inkşaf edir - FOTOLAR

Font ölçüsü

GDU.jpg

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusifovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusifovdur.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1. 1973-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2. 1973-1976-cı illərdə SSRİ EA Üzvi kimya İnstitutunda aspiranturanı bitirmişdir.
3. 1978-ci ildə SSRİ EA Üzvi kimya İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir.
4. 1986-cı ildə dosent elmi adı almışdır.
5. 1993-cü ildə AMEA-nın Kimya Problemləri İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir.
6. 1995-ci ildə professor elmi adı almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1. 1973-1976-cı illərdə N.D. Zelinski adına Üzvi kimya İnstitutu, aspirant, Moskva
2. 1976-1981-ci illərdə N.D. Zelinski adına Üzvi kimya İnstitutu, kiçik elmi işçi, Moskva
3. 1981-1986-cı illərdə AKTİ, assistent, Gəncə
4. 1986-1995-ci illərdə AKTİ, dosent, Gəncə
5. 1995-1996-cı illərdə AKTA, professor, Gəncə
6. 1996-1997-ci illərdə AKTA, “Kimya” kafedrasının müdiri, Gəncə
7. 1997-2011-ci illərdə BDU-da professor
8. 2011-2014-cü illərdə GDU-da tədris işləri üzrə prorektor
9. 2014- cü ildən Gəncə Dövlət Universitetində rektor

“Ümumi kimya”, “Qeyri-üzvi kimya”, “Fıziki-kimyəvi analiz”, “Qeyri-üzvi materialşünaslıq”, “Faza tarazlıqlarının termodinamikası” və s. fənnlər üzrə mühazirə və laboratoriya dərsləri aparır.
200 elmi əsərin , o cümlədən 4 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin, 4 patentin müəllifıdir.
2 elmlər namizədi yetişdirmişdir.
Elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fıziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli yarımkeçirici sistemlərin faza tarazlığının və termodinamik xassələrinin qarşılıqlı əlaqələndirilmiş tədqiqi sahəsində sistemli tədqiqatların müəllifidir. 20 ildən artıq bir dövr ərzində mis, gümüş və tallium əsasında onlarla üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemini ətraflı tədqiq etmişdir. Həmin sistemlərdə yanmkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə xarakteri, homogenlik sahələri, kristalloqrafık parametrləri, standart parsial və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir.

TƏDQİQAT SAHƏSİ

• Çoxfazalı çoxkomponentli qeyri-üzvi sistemlərin kimyası, fıziki-kimyəvi analizi və termodinamikası,
kimyəvi materialşünaslıq, qeyri -üzvi funksional materiallar

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

• 50-dən artıq beynəlxalq və respublika elmi konfranslarında müxtəlif mövzulu məruzələrlə çıxış etmişdir.

Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusifov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən professor Yusif Yusifov bu işin müqəddəsliyini qoruyub saxlayır. Professor Yusif Yusifov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu professor Yusif Yusifovdan danışdılar yaxşı ki, professor Yusif Yusifov Gəncə Dövlət Universitetinin rektoru təyin olunub… professor Yusif Yusifov öz isguzarlığı ilə tanınır və seçilir….

professor Yusif Yusifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə professor Yusif Yusifovu heç vaxt əqidəsindən döndərə bilməz.

Professor Yusif Yusifov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Professor Yusif Yusifov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Professor Yusif Yusifov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Yusif Yusifovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Professor Yusif Yusifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Professor Yusif Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə Dövlət Universiteti Azərbaycan təhsilinə dəyərli töhfə verməkdədir.

Məlumdur ki, bu gün Azərbaycan təhsilinə verilən tələb və standartlar dəyişmişdir. Müasir təlim standartları günün tələbidir. Tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə - "açıq dərs"lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin "açıq dərs"lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur.
Universitetdə semestr imtahanlarının şəffaflığına nail olmaq üçün imtahanlar test üsulu ilə aparilir.
Universitet xarici beynəlxalq əlaqələrə geniş yer verir. Universiteti tanıdan və inkişaf etdirən amillərdən biri də onun beynəlxalq əlaqələridir. GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. GDU-nun beynəlxalq əlaqələrində Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" geniş yer tutur.

Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə müqavilələr bağlayıb. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri İnstitutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.

Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti rektor, professor Yusif Yusifovun rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.

Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.