Deputat Sumqayıtın icra başçısını ittiham etdi


Deputat Sumqayıtın icra başçısını ittiham etdi

Font ölçüsü

eldar.jpg

Modern.az saytlı xəbər verir ki, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa 23 dekabr tarixli bələdiyyə seçkilərində rəhbərlik etdiyi təşkilatın qazancından danışıb. Onun sözlərinə görə, bələdiyyə seçkilərinin nəticələri ilə bağlı məlumatlar BQP-nin seçki qərargahına yavaş-yavaş daxil olmaqdadır.

“Bilindiyi kimi partiyamızın 305 təmsilçisi namizəd olaraq qeydiyyatdan keçmişdi, son məlumatlara görə bunlardan ən azı 50 faizə yaxını ayrı-ayrı bələdiyyələrə üzv seçilib. Əksər bölgələrdən hər hansı bir şikayət daxil olmayıb. Deyəsən bircə Sumqayıt şəhər bələdiyyəsinə seçkilər icra başçısı Eldar Əzizovun sahibkarların canını boğazına yığıb ildə bir dəfə hazırltdığı bir kilometrlik torta oxşayıb. Əlinə nə keçibsə bu tortun, yəni seçkinin içinə qatıblar”.

Deputatının sözlərinə görə, bələdiyyələrə marağın artması üçün mütləq səlahiyyətlərinin genişləndirilməsinə zərurət var.
“Əslində insanların çoxu yerli özünüidarə sistemində çalışmağa maraqlıdırlar. Gerçək özünüidarə olarsa, lokal səviyyədə problemlərin həllinə daha tez nail olmaq mümkündür”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.