Masallı sakinlərindən icra başçısına etiraz


Masallı sakinlərindən icra başçısına etiraz

Font ölçüsü

1419616119 milll“Gününün çox hissəsini yüngül əxlaqlı qadınlarla kef məclislərində keçirən bir şəxsin bizim ərazi nümayəndəsi olmasına qəti etiraz edirik”. JAM.AZ Asiya.az-a istinadən xəbər verir ki, bu sözlər Masallı rayon Xıl kənd sakinlərinin saytımızın elektron poçtuna göndərdikləri şikayət məktubda yazılıb. Kənd sakinləri Masallı Rayon İcra başçısının Xıl kənd ərazi nümayəndiliyinə yeni təyin ediləcək Tofiq Səfərovu istəmədiklərini bildiriblər. 

Şikayət məktubunda yazılır: “Biz, Xıl kənd sakinləri, Səfərov Tofiq Gülağa oğlunun Xıl kənd ərazi nömayəndəsi olması istəmirik. Belə bir fırıldaqçı, gününün çox hissəsini yüngül əxlaqlı qadınlarla kef məclislərində keçirən bir şəxsin bizim ərazi nümayəndəsi olmasına qəti etiraz edirik. Tofiq Səfərov vaxtı ilə bizim ərazi nümayəndəsi işləyib. İşində buraxdığı nöqsanlara görə sabiq icra başçısı Qəzənfər Ağayev tərəfindən işdən qovulma əmri ilə vəzifəsindən uzaqlaşdırılıb. T.Səfərov hazır ki, icra başçısı Rafil Hüseynovla “dil taparaq” yenidən Xıl kənd ərazi nümayəndəsi olmaq istəyir.”

Asiya.az etibarlı mənbədən əldə etdiyi digər məlumatlarda isə T.Səfərovun oğlu Elnur Səfərovu Masallı RPŞ-də işə düzəltmək üçün DİN-nə yalandan məlumat verdiyi bildirilir. 

Belə ki, Elnur Səfərov DİN-ə verdiyi məlumatda qardaşı Seymur Səfərovu Ukraynanın Donetsk vilayətində Tibb Universitetinin tələbəsi olduğunu bildirib. 

Əslində isə Seymur Səfərov Azərbaycanda hərbi xidmətdən fərari kimi qaçmış, Ukraynanın Donetsk vilayətində məskunlaşmışdır. 
Donetsk Tibb Universitetinin rektorundan aldığımız möhürlü sənəddə isə bildirilir ki, Seymur Səfərov heç vaxt bu Universitetin tələbəsi olmayıb. 

Yazıda adları çəkilən digər şəxslərində mövqeyin dərc etməyə hazırıq..

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.