Ağdamda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib


Ağdamda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib

Font ölçüsü

dost.jpg

26 dekabr 2014-cü ildə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Parkında  Yeni İl və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

Bayram tədbirində rayonun idarə, müəssisə və təşkilatlarında işləyən işçilər, kolleclərin tələbələri, Orta məktəb şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Cənab Raqub Məmmədov rayon camaatını və dünya Azərbaycanlılarını qarşıdan gələn hər iki bayram münasibətilə təbrik etmiş, onlara xoş gün firavan həyat arzulamışdır. Qeyd etmişdir ki, inşallah 2015-ci ildə torpaqlarımız qayıdar və növbəti ili doğma Ağdamımızda qarşılayarıq. Daha sonra tədbir idmançıların nümunəvi çıxışları ilə və musiqi kollektivlərinin ifaları ilə davam etdirilmişdir. Bayram tədbirinin sonunda təhsilində və fəaliyyətində fərqlənən şagirdlərə, idmançılara və incəsənət nümayəndələrinə hədiyyələr  verilmişdir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.