Bakı turizm idarəsinin rəhbəri ilə bağlı şok faktlar


Bakı turizm idarəsinin rəhbəri ilə bağlı şok faktlar

Font ölçüsü

downloadBakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əlikram Əliyev yenil illə bağlı "Günəş" şadlıq sarayında(keçmiş Vahid poeziya evi)  təşkil olunacaq şənliklərə məcburi bilet satdırır. Bu barədəDosye.org-a idarənin adının çəkilməsini istəməyən işçiləri məlumat verib. Onların sözlərinə görə, Əlikram Əliyev bu əməliyyatı idarənin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzinin direktoru Rəşadət Həşimov vasitəsilə həyata keçirir.

Həmin biletlər  elə Rəşadət Həşimovun rəhbərlik etdiyi Mərkəzdə çap olunur. Bu biletlər bütün musiqi məktəbləri, kitabxana, mədəniyyət evləri və muzeylərə  məcburi qaydada satdırılır. Bir biletin qiyməti 8 manatdır. Hər müəssisəyə 200-400 civarında bilet verilir. 

İşçilər bildirir ki, Əlikram Əliyev ilə yaxın qohum olan idarənin kadrlar şöbəsinin müdiri Təranə Həsənova isə özünün kobud, aşağılayıcı, alçaldıcı rəftarı ilə bütün yaşlı və cavan mədəniyyət işçilərini bezdirib. Lakin rəisin yaxın qohumu olduğuna görə, onun bu əməllərinə etiraz edən yoxdur.  İşçilər daha sonra deyib:

"İdarənin tərkibində olan müəssisələrin maliyyələşməsi 1 və 2 saylı Maliyyə və İqtisad Regional Bölməsi tərəfindən həyata keçirilir. Dəfələrlə yazılıb ki, bu Regional Bölmələr Əlikram Əliyev üçün büdcədən pul silməklə məşğuldurlar. Buna sübut kimi onu demək olar ki, il ərzində maliyyə açılan dövrlərdə yəni, ildə iki dəfə həmin maliyyə bölmələrinin rəhbərlərini əllərində politelin torba dolu pullarla idarə rəisinin yanında görmək olar. Elə buna görədir ki, Əlikram Əliyev son illərdə ölçüsüz varidata yiyələnib. Bir çox məclislərdə fəxrlə dediyi kimi yaşadığ  Mərdəkan qəsəbəsinin girişindən başlayan ticarət obyektləri, mebel mağazaları, çay, bilyard salonları, öz istifadəsində olan və yaxınlarına hədiyyə etdiyi sonu 047 ilə bitən avtomobillərin və digər nemətlərin sahibinə çevrilib.  Çünki bu obyektlər onun yaxın qohumlarının və tanışlarının adına rəsmiləşdirilib. 

Minlərlə narazı mədəniyyət işçilərini düşündürən bir sual var. Görəsən Əlikram Əliyev adi məmur maaşı ilə bu qədər var-dövlətə necə sahib ola bilib? Əlikram Əliyevin bu sehirli uğur düsturunu 130-170 manat əmək haqqı alan və aldıqlarından çoxunu məcburi biletlərə verən mədəniyyət işçiləri də öyrənmək istəyir.

Bir də onu bilmək istəyirik ki, mədəniyyət sahəsi kimi həssas və son illər dövlətimiz tərəfindən xüsusi diqqət ayrılan bir sahəyə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə nə üçün 1983-1986-cı illərdə məhkumluq həyatı yaşamış biri rəhbərlik edir? Əlikram Əliyev bu dərəcədəmi əvəzedilməz insandır?!

Biz mədəniyyət işçiləri dəfələrlə müraciət etsək də təəssüflər olsun ki, nə Əbülfəs Qarayev, nə də Hacıbala Abutalıbov heç bir reaksiya verməyiblər. Səsimizə səs verin".

Bu iddialarla bağlı Əlikram Əliyevin də mövqeyini öyrənməyə cəhd etdik. Lakin cəhdlərimiz bir nəticə vermədi. 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.