Müdafiə Nazirliyi erməni ordusunun itkiləri haqda açıqlama verdi


Müdafiə Nazirliyi erməni ordusunun itkiləri haqda açıqlama verdi

Font ölçüsü

erm1.jpg

Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan “diversantı” görünür.

“Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramlarını qeyd etməklə bərabər Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır” - deyə MN-in məlumatına bildirilir.

* * *12:01

Ermənistan Müdafiə Nazirliyi bu gecə cəbhə xəttində baş verən atışma barədə məlumat yayıb.

Virtualaz.org saytı xəbər verir ki, erməni tərəfinin yaydığı məlumatda iki erməni əsgərinin öldürüldüyü, birinin isə yaralandığı bildirilir.

Erməni KİV-lərinin yaydığı məlumata görə, şiddətli atışma cəbhənin cənub və şərq istiqamətlərində saat 03:15-də başlayıb. Atışma zamanı Karen Samveloviç Qriqoryan və Vardan Martikoviç Mkrtçyan adlı erməni əsgərləri həlak olublar. Volodya Qaqikoviç Arutyunyan adlı əsgər isə güllə yarası alıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.