MSK daha bir məntəqədə seçkini etibarsız saydı


MSK daha bir məntəqədə seçkini etibarsız saydı

Font ölçüsü

sec.jpg

Yanvarın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlər baxılıb.

Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması məqsədilə tam, hərtərəfli və obyektiv araşdırılan müraciətlərə operativ şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Komissiya üzvlərinin müzakirəsindən sonra 70 saylı Masallı şəhər seçki dairəsi üzrə Musakücə bələdiyyəsinə seçkilərin etibarsız sayılması qərara alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.