“Azərbaycanın NATO-ya üzv olma fikri yoxdur” - AÇIQLAMA


“Azərbaycanın NATO-ya üzv olma fikri yoxdur” - AÇIQLAMA

Font ölçüsü

mur.jpg

NATO-ya üzv olan ölkələrin vahid mövqeyinə görə, Azərbaycan həm antiterror əməliyyatlarında, həm də Əfqanıstanda və digər ağır şəraitdə olan ölkələrdə həyata keçirilən sülhməramlı missiyalarda ən fəal iştirak edən ölkə kimi qəbul olunub.

“Azərbaycanın NATO-ya üzvlükə bağlı hələ ki, heç bir fikri yoxdur. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, ilk olaraq işğal altında olan torpaqlarımız azad edilsin. Odur ki, indiki zamanda Azərbaycanın hər hansı bir hərbi bloka qoşulacağını güman etmirəm”. Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Fuad Muradov ölkəmizin hərbi bloka daxil olma perspektivini şərh edərkən deyib.

Deputat qeyd edib ki, buna baxmayaraq, Azərbaycan NATO ilə istər ümumi, istər xüsusi proqramlar çərçivəsində əməkdaşlıq edir və ordumuzun nümayəndələri bu proqramlarda çox fəal iştirak edirlər:

“Ölkəmiz nəinki NATO ilə, onun mandatına uyğun hərəkət edən bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu hörmət əsasında qurulan əlaqələrə malikdir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda çox fəal iştirak edərək haqlı mövqeyini səsləndirir və bu proses bundan sonra davam edəcək. O ki qaldı Azərbaycanın Alyansa üzvlük məsələsinə, əvvəla bu, hər hansı bir ölkənin qərarı ola bilməz”-deyə F.Muradov qeyd edib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.