“Ermənistan Azərbaycan ərazilərini qaytararsa, vəziyyət stabilləşər”


“Ermənistan Azərbaycan ərazilərini qaytararsa, vəziyyət stabilləşər”

Font ölçüsü

arme.jpg

“Ermənistan Azərbaycan ərazilərini qaytararsa, vəziyyət stabilləşər”.

Dosye.org Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “1-ci Xəbərlər” agentliyinə müsahibə verən Rusiya Dövlət dumasının keçmiş deputatı, RF siyasi araşdırmalar mərkəzinin rəhbəri, RF ictimai palatının təmsilçisi, siyasətçi-iqtisadçı Sergey Markov deyib.

Müxbir: “Cənab Markov yanvarın 2 –də Ermənistan rəsmi olaraq Avrasiya İqtisadi Birliyinə üzv oldu. Məlumdur ki, AİB bir iqtisadi qurumdur, bəs Ermənistan bununla öz təhlükəsizliyini təmin edə bilərmi?


S. Markov: “ Avrasiya İqtisadi Birliyinin hərbi funksiyası yoxdur. Yəni faktiki funksiyası yoxdur,amma Ermənistan AİB-ə üzv olmaqla şübhəsiz ki, özünün və Rusiyanın əlaqələrini daha da gücləndirmiş oldu. Bu səbəbdən də ciddi böhran zamanı Ermənistan maksimum dərəcədə birliyin əlaqələrindən istifadə edə bilər. Eyni zamanda, bu yaxınlarda Ermənistanla Azərbaycan arasında vəziyyətin kəskinləşdiyi zaman Rusiya duruma reaksiya verdi və hər iki ölkənin təhlükəsizliyi üçün zəmanət verdi.


Müxbir: “ bəs nə etmək lazımdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hazırkı vəziyyətə reaksiya versin və Rusiya Ermənistanın təhlükəsizliyinə tam zəmanət versin?


S. Markov: “Mənim fikrimsə, bu gün söhbət yeni etap haqqında getməli və Qarabağ münaqişəsində kompramis əldə edilməlidir. Özü də bu kompramis razılığın formatı aşağıdakı kimi olmalıdır ; Ermənistan blokadadan çıxmaq və Azərbaycanla əməkdaşlığa başlamaq şərti ilə Qarabağ ətrafnda olan Azərbaycan ərazilərini qaytarmalıdır. Mənə elə gəlir ki, belə kompramis variantı mümkün olarsa bölgədə stabillik yaratmaq olar.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.