Daha bir azərbaycanlı mer işdən çıxarıldı


Daha bir azərbaycanlı mer işdən çıxarıldı

Font ölçüsü

me.jpg

Dərbəndin rəhbəri vəzifəsini müvəqqəti icra edən Yəhya Hacıyev postundan uzaqlaşdırılıb.

Axar.az “Kavpolit”ə istinadən xəbər verir ki, Yəhya Hacıyevin müavini Əli Xasbulatov Dərbəndin yeni icra başçısı təyin edilib.

Məlumata görə, Hacıyev bu gün komandasını toplayaraq onlara təşəkkür edib və vəzifəsindən getdiyini açıqlayıb.

Qeyd edək ki, bir müddət öncə Dərbənd meri Qurban Qurbanov Ramazan Abdullatipov tərəfindən vaxtından tez istefaya göndərilmişdi. Daha sonra bölgəyə Prezident Administrasiyasının rəhbəri Ramazan Aliyevi göndərən Abdullatipov Qurbanovun əsas dayaqlarını zəiflətməyi bacarmışdı.

Azərbaycanlı Yəhya Hacıyevin meri əvəz etdiyi müddətdə soydaşlarımız əsas vəzifələrdən kənarlaşdırıldı və yerlərinə ləzgi və avarlar gətirildi. Məlumata görə, hakimiyyətdə güvənilməyən Y.Hacıyev demək olar ki, bu müddətdə heç nəyə müdaxilə edə bilmirdi, onun vasitəsilə Abdulatipovun adamları idarəetməni həyata keçirirdi.

İndi isə Y.Hacıyevin özü də ləzgi Xasbulatovla əvəzləndi.

Dərbənddəki mənbələr Axar.az-a bildirdilər ki, Xaspulatov bu vəzifəyə təyin edilənə qədər azərbaycanlılar içərisində heç də mənfi imiclə tanınmayıb, əksinə, soydaşlarımız ona hörmətlə yanaşırlar.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.