BDU 20 Yanvar şəhidlərini andı


BDU 20 Yanvar şəhidlərini andı

Font ölçüsü

BDU.jpg

Bu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) idarə heyəti və fəal üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən musavat.com-a verilən məlumata görə, tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, Azərbaycanın müstəqilliyi uğrunda həyatını qurban verənlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

THİK sədri Daşqın Qənbərov çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki önəmindən danışıb:

"Qanlı Yanvar faciəsi tariximizin önəmli səhifələrindən olmaqla yanaşı, həm də ən dəyərli nemət olan müstəqilliyimizin qazanılması yolunda ən şərəfli tarixi hadisədir. Düz 25 il əvvəl insanlar azadlıq və müstəqillik eşqi ilə küçələr çıxmış və Sovet ordusuna əliyalın şəkildə müqavimət göstərmişlər. Bu bir daha sübut edir ki, Azərbaycanda qədimdən əsası qoyulan dövlətçilik ənənələrini silah gücü ilə boğmaq qeyri-mümkündür.

Məlumdur ki, bu dəhşətli günə dərhal reaksiya verərək dünyaya səslənən şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyev olmuşdu. Bu gün biz 20 Yanvar şəhidlərinin qanı bahasına əldə etdiyimiz müstəqilliyimizdən istifadə edərək, ölkəmizin irəliləməsi və yaşadığı faciələrin dünya ictimaiyyətinə çatdırılması üçün əlimizdən gələni etməliyik", - deyə komitə sədri bildirib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.