Barak Obama Avropaya xəbərdarlıq etdi


Barak Obama Avropaya xəbərdarlıq etdi

Font ölçüsü

obama12.jpg

"Müsəlmanların cəmiyyətə inteqrasiya olunmaması Aİ üçün ən böyük təhlükədir!"

ANS PRESS-in məlumatına görə, bu fikirləri Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama səsləndirib.

ABŞ prezidenti Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı Avropada müsəlmanların cəmiyyətə inteqrasiya olunması prosesinin səviyyəsindən narazı olduğunu bildirib.

“ABŞ-ın ən böyük üstünlüyü ondan ibarətdir ki, bizim müsəlman əhalimiz özünü amerikalı hiss edir. Avropanın bəzi hissələrində belə hal yoxdur. Və bu, bəlkə də, Avropa üçün ən böyük təhlükədir”, - deyə ABŞ prezidenti qeyd edib.

Fransa, Belçika və Almaniyada ehtimal olunan silahlıların həbsini şərh edən Barak Obama qeyd edib ki, Avropa ölkələri bu problemi yalnız güc vasitəsi ilə həll etməməlidir.

Qeyd edək ki, yanvarın 16-da Ağ Evdə ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron arasında görüş keçirilib. Görüşdə beynəlxalq siyasətə dair bir sıra aktual məsələlər müzakirə olunub.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.