YAP Nəsimi rayon təşkilatından humanist aksiya


YAP Nəsimi rayon təşkilatından humanist aksiya

Font ölçüsü

yap.jpg

Bu günlərdə respublikamızın hər yerində, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən xalqımızın tarixinə qəhrəmanlıq salnamasi kimi yazılan 20 Yanvar hadisələrinin 25-ci ildönümü hörmət və ehtiramla qeyd edilir.

YAP Nəsimi rayon təşkilatı da rayon ərazisində yaşayan və o faciədə şəhid olanların ailə üzvləri və əlillərlə görüşüb, onların problemləri ilə yaxından tanış olub və onların bəzi problemlərini həll edib.  Yanvar əlili, bugünədək sağlamlıq  problemindən əziyyət çəkən Üzeyir Nəsirov YAP-ın Nəsimi rayon təşkilatının təşəbbüsü ilə qardaş Türkiyədən Azərbaycana  gələn Beynəlxalq Yerüzü Doktorlar təşkilatının bir qrup həkim-professoru tərəfindən uğurla əməliyyat olunub və evə yazılıb. YAP Nəsimi rayon təşkilatı İdarə Heyəti  20 Yanvar  şəhidlərindən birini rayon təşkilatı tərəfindən hamiliyə götürülməsi və şəhidlərin ailə üzvlərinin, 20 Yanvar  əlillərinin vaxtaşırı tibbi müayinədən keçməsi  haqqında qərar qəbul edib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.