Lənkəran icra başçısı 20 yanvar şəhidlərinin ailə üzüvlərini qəbul etdi


Lənkəran icra başçısı 20 yanvar şəhidlərinin ailə üzüvlərini qəbul etdi

Font ölçüsü

QAR1.jpg

Yanvarın 19-da Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov 20 və 26 Yanvar şəhidlərinin ailə üzvlərini və əlilləri qəbul etdi.

İcra başçısı şəhidlərin ailə üzvlərinə başsağlığı verdikdən sonra 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə sovet qoşunlarının törətdiyi qətliamdan danışdı, SSRİ-nin o vaxtki rəhbəri M.Qorbaçovun tapşırığı ilə Azərbaycan xalqına qarşı Bakıda törədilən misli görünməmiş qanlı faciə, terror və soyqırımı hadisələrindən danışdı, yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi qiymətin verildiyini diqqətə çatdırdı.
Taleh Qaraşov daha sonra Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin Azərbyacan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il Ümumxalq Hüzn günü kimi ehtiramla qeyd edildiyini, azadlıq mücahidlərinin əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə əziz tutulduğunu, onların ailə üzvlərinin qayğı ilə əhatə olunduğunu söylədi.
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qəbulda “20 Yanvar” cəmiyyəti Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev, şəhid ailələrinin üzvləri və əlillər onlara göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və səmimi qəbula görə ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər.
Sonda İcra başçısı qəbul iştirakçılarının problemlərinin operativ həll olunması üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verdi.
Şəhid ailələrinin üzvlərinə və əlillərə şəhər İcra hakimiyyəti tərəfindən maddi yardım və ərzaq verildi.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.