Şəhidlər sükutla anıldı


Şəhidlər sükutla anıldı

Font ölçüsü

xiy.jpg

Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar fit verib.

ANS PRESS-in məlumatına görə, 20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Bu gün 20 Yanvar faciəsinin törədilməsindən 25 il keçir.

25 il qabaq Azərbaycan xalqı 70 il öncə - 1920-ci ildə əlindən alınmış istiqlaliyyətini bərpa etmək uğrunda ilk addımını atdı və bu istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bu qəhrəmanlıq addımı elə də ucuz başa gəlmədi - 1990-cı il yanvarın 20-də süquta uğrumaqda olan sovet imperiyası xalqımıza qarşı amansız cinayət törətdi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirildi, 1000-ə yaxın insan yaralandı.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.