Füzulidə 20 Yanvar şəhidləri anıldı


Füzulidə 20 Yanvar şəhidləri anıldı

Font ölçüsü

fiz.JPG

Yanvarın 20-də Füzuli rayonundakı Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, ruhlarına dualar oxunub. 
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 20 Yanvarın faciəsindən danışıb, şəhidlərin xatirəsini ehtiramla yad edib. Alı Alıyev 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndirib. Faciənin Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayan Alı Alıyev mərhum dövlət başçısı Heydər Əliyevin o vaxt hələ Moskvada ikən həyatını təhlükəyə ataraq, 20 Yanvar hadisələri ilə bağlı cəsarətli bəyanatla çıxış etdiyini, onun səyi ilə hadisələrə əsl siyasi qiymətin verildiyini bildirib.  

“20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib. Müstəqil Azərbaycan durduqca faciə qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaq".

Çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar. Saat 12:00-da bütün resapublikada olduğu kimi, Füzuli rayonu ərazisində də 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.