Naxçıvan Qarnizonunun Zabitlər Evində şəhidlərimiz anılıb


Naxçıvan Qarnizonunun Zabitlər Evində şəhidlərimiz anılıb

Font ölçüsü

te.jpg

Naxçıvan Qarnizonunun Zabitlər Evində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Əlahiddə Ümumqoşun Ordunun zabitləri Mirqiyas Rüstəmov, Zaur Həmidov və Mənəvi-Psixoloji Təminat Şöbəsinin məsləhətçi-psixoloqu Nəriman Nəcəfov çıxış edərək Qanlı Yanvar hadisələrini bu gün Milli Qürur günü kimi qeyd edildiyindən danışdılar, bu faciəyə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğuladılar.
Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətəni tərənnnüm edən şeirlər səsləndirdilər.
Tədbirin sonunda şəxsi heyətə hərbi-vətənpərvərlik mövzusunda film təqdim olundu.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.