Adıgözəl Məmmədov: “Azərbaycanda Penselvaniya mərkəzli gülənçilərə qarşı mübarizə davam etdirilməlidir...”


Adıgözəl Məmmədov: “Azərbaycanda Penselvaniya mərkəzli gülənçilərə qarşı mübarizə davam etdirilməlidir...”

Font ölçüsü

adi.jpg

“Gülənçi kadrolar dövlət idarə etmə strukturlarından uzaqlaşdırılmdlıdır”

Dosye.org-ın müsahibi “Psixoloji Portretalogiya və Politologiya Mərkəzi”nin rəhbəri, Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədovdur:

- Adıgözəl müəllim, Fransada baş verənlər və jurnalistlərin faciəvi ölümü Fransa prezidenti Fransua Olandın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların dayandırması ilə bağlı bəyanatı ilə bağlı ola bilərmi? Yəni bu hadisə Rusiyayönlü bir çıxışın ardından bu cür qətliamı İŞİD-lə bağlamaq sizcə absurd səslənmirmi?

-Bu hadisə ilə Fransa prezidentinin dediyiniz bəyanatı arasında heç bir bağlılıq görmürəm. Bir məsələdə sizinlə razılaşıram ki, bu terakt müəyyən mərkəzlər tərəfindən pərvazlanır və məqsədyönlü şəkildə xristian müsəlman qarşıdurmasına hesablanıb. O zaman biz özümüzə sual verməliyik ki, bu qarşıdurma daha çox kimlərin xeyrinə ola bilər? Burada geopolitik güc mərkəzləri anlayır ki, Rusiya tam gücünü avropadan və xüsusən də almaniyadan alır. Yəni nə qədər Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da avropanın Rusiyadan eneji asılığı davam edir. Ona görə də, bu tipli təxribatlar yeni iğtişaşlara hesablana bilər ki, avropa iqtisadiyyatı tamami ilə çöksün və intelektual potensiallar digər geopolitik materiklərə cəmlənsin. Beləliklə də bir güllə ilə iki dovşan vurulsun. Təsadüfi deyil ki, məhz bu günlər Rusiyadan ekstradisiya olunmuş Mixail Xodorkovski canfəşanlıqla təxribati bəyanatlar verir. İndi sual oluna bilər ki, bu sistemli təxribatlar niyə həyata keçirilir?

- Sizcə Türkiyə daxilində də kütləvi halda jurnalistlərin həbsi və bir çox mətbu orqanların qapadılması, ardından Fransada jurnalistlərin başına gətirilən acımasız olaylar, daha sonra da İspaniya nəşrlərinin redaksiyasına ünvanlanan naməlum təhdidlər sizcə dünya mediyasına bir təhdid kimi qiymətləndirmək, məsələnin digər tərəfi kimi qələmə vermək nə qədər doğru olardı?

-Türkiyədə baş verən hadisələr Avropanın digər bölgələrindəki proseslərdən bu və ya digər formada fərqlənir. Nəzərə almaq lazımdır ki, bu gün Türkiyədə çox ciddi şəkildə dövlətin içinə soxulmuş Mərkəzi Kəşfiyyat idarəsinin penselvaniya instrumenti vasitəsi ilə idarə olunan bir qrup insanlarla mübarizə aparılır. Bu qrupun içində Penselvaniya ilə əlaqəli jurnalistlərin olduğu da iddia olunur. Bunun doğru olub olmadığını tətqiqatçılar bu yaxın günlərdə cavab verəcəklər. Əgər insan xarici kəşfiyyat orqanlarına işləyirsə, onun jurnalist olması nə önəm daşıya bilər ki? Əllbətdə bu ara onu da qeyd etmək istəyirəm ki, azərbaycanda Penselvaniya mərkəzli gülənçilərə qarşı mübarizə davam etdirilməlidir...Və heç kim düşünməsin ki, bu insanlar səhf yolda olublar və səhflərin başa düşüblər bundan sonra bizim dövlətə xidmət edəcəklər. Əsla belə bir ilyuziyaya qapılmasınlar! Bu insanlardan son nəfəslərənə qədər şantaj və şirnikləndirici kombinasiyalarla öz mənafelərinə uyğun istifadə edəcəklər! Həmən bu Gülənçi kadrolar dövlət idarə etmə strukturlarından uzaqlaşdırılmdlıdır!

-Siz hər zaman Slavyan-Türk birliyini dəstəkləyənlərdən olmusuz. Bəlkə də bu iddia ilə çıxış edən ilk Azərbaycan politoloqusunuz. Baxmayaraq ki, siz bunu hələ bir neçə il bundan əvvəl deyirdiz, hazırda isə biz Türkiyə və Rusiya yaxınlaşmasını müşahidə edirik. Sizcə bu yaxınlaşma Slavyan və Türk dünyasına öz tövhəsini verə biləcəkmi?


-Doğru qeyd edirsiz ki, mən həmişə Slavyan - Türk birliyinin tərəfdarı olmuşam. Hətta bu birliyin ideolji kosepsiyası kitabını da yazmışam və bu kitabımın Moskva Dövlət Universitetində təqdimatın etmişəm. İlk əvvələr bu istiqamətdə çıxışlar etdikdə ruslar mənim fikirlərimə çox ehtiyyatla yanaşırdılar. Çünki əsrlər boyu Lazarevin ( Lazaryan) tarixşunaslıq məktəbi rus - türk düşmənçiliyini təbliğ etmişdir. Belə bir fobiyalar içində fikirlərimə təftişli yanaşırdılar. Sonra Rusiyada etnik separatçılar bu nəzəriyyəmi obrazlı desək topa tutdular. Sonra "Osmanlının çöküşünə Rusiyadan baxış" kitabımı yazdım və bu kitabda sübut etdim ki, heç də bu dövlətlər həmişə bir birləri ilə savaşmamışlar. Əksinə tarixin müəyyən məqamlarında hətta Avropa güclərinə qarşı bərabər mübarizə aparmışlar. Bu çox keçmədiki müəyyən yumşalmaya səbəb oldu. Sonrakı mərhələdə isə Rusiya prezidenti yanında Strateji Araşdırmalar İnusitutunun əməkdaşlarının iştirakı ilə R.T.Ərdoğan Türkiyəsi haqda tədqiqat əsərim işıq üzü gördü. Və bu kitab Kremlin xarici siyasətini formalaşdıran bir çox ciddi ekspertlərin yüksək rəyini aldı. Beləcə də bizim də, az da olsa bu yaxınlaşmada müəyyən fəaliyyətimizin olduğunu demək olar.

- Bu gün Rusiya, İran və Türkiyənin xarici siyasi kursunu müşahidə etdikdə onların regionda yeni güc olmaq niyyətlərini açıq-aydın görmək mümkündür. Siz bu güclərin Azərbaycana təsirini necə qiymətləndirərdiz?

-Azərbaycan elə bir coğrafiyada yerləşib ki, istər - itəməz regionda həm Rusiya , həm Türkiyə , həm də İran reallığın qəbul edir. Zatən həyata keçirilən siyasətdə bu reallığı nəzərə alınaraq yürüdülür. Amma bu da bir həqiqətdir ki, istənilən reallıq və güclər Azərbaycan reallığı ilə də hesablaşırlar. Bu əslində dövlətimizin həyata keçirtdiyi siyasətin uğurudur. Buna görə də, biz mərhum prezidentimiz rəhmətlik Heydər Əliyevə və onun davamçısı İlham Əliyevə təşəkkür etməliyik.

-Sizcə bütün bu baş verən çəkişmələri nəzərə alsaq, dünyanın yeni bir qarşıdurmaya artıq daxil olduğunu və nəticə etibarilə soyuq müharibədən, dünya müharibəsinə keçid mərhələsi kimi dəyərləndirmək nə qədər doğru olardı?

-Zatən bu soyuq savaş başlamışdır. Əsas məqsəd isə Sibirin yer altı və yer üstü sərvətlərinin ələ keşirilməsi məqsədi ilə aldadıcı fonlar yaradaraq, həyata kecirilir. Bu mövzuda mənim yazıma ABŞ dövlətinin ən mühüm eksperti olan Pol Qobl da öz münasibətin bildirib. Yəni dünya dəyişir və yeni geopolitik mərkəzlər formalaşır. Bizim əsas məqsədimiz odur ki, bu pereturbasiyanı biz xətərsiz atlada bilək. Atalarımızın göz bəbəyi kimi qoruyub bizə miras verdiyi Azərbaycanımızın müstəqilliyini bizdən sonrakı nəsillərə ötürək. Eyni zamandada bu geopolitik ziddiyətlər konteksində çərçivəsində əbədi və əzəli torpaqlarımızın geri qaytarılması istiqamətində dövlətimizin apardığı ardıcıl siyasəti əsasında mənim də irəli sürdüyüm ideoloji konsepsiyalardan da maksimum yararlanmalıyıq .

 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.