Ağcabədi rayonunda İctimai Şuraların yaradılması üzrə məlumatlandırma seminarı keçirilib


Ağcabədi rayonunda İctimai Şuraların yaradılması üzrə məlumatlandırma seminarı keçirilib

Font ölçüsü

aq.jpg

“ Sosial Tərəqqi” İctimai Birliyi 15 yanvar 2015- ci il tarixdən etibarən Quba – Xaçmaz, Aran iqtisadi regionuna daxil olan rayonlarda İctimai Şuraların yaradılması üzrə məlumatlandırma seminarlarına start vermişdir.

Seminarlar Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, ABŞ və Azərbaycan Höküməti tərəfindən maliyyələşdirilən Azərbaycan Sosial –İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində təşkil olunmuşdur.

Bu məqsədlə 21 yanvar 2015- ci il tarixdə saat 11:00 –da Ağcabədi şəhəri ərazi dairəsi üzrə nümayəndəliyinin binasında seminar keçirilmişdir. Seminarın məqsədi qərarvermə prosesində mövcud ictimai iştirakçılıq imkanları haqqında məlumatlılığı artırmaqdan ibarət idi. Seminar iştirakçılarına ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlik dövlət siyasəti, 2014- cü ildə qüvvəyə minən Azərbaycan Respublikasının “İctimai İştirakçılıq” haqqında qanunun qəbulu və bu qanundan irəli gələrək yaranan İctimai Şuraların əhəmiyyətindən, QHT-Hökümət münasibətlərinin yeni mərhələsi və digər vacib məsələlər haqqında məlumat verilmişdir.

Seminarda “ Sosial Tərəqqi” İctimai Birliyinin sədri Qalib Nəbiyev,ekspert Əliməmməd Nuriyev, Ağcabədi RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva və digər çıxış edənlər 2014- cü ildə qüvvəyə minən Azərbaycan Respublikasının “İctimai İştirakçılıq” haqqında qanunun qəbulu və onun cənab Prezident İlham Əliyev tərəfindən icraya yönəldilməsini Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi baxımından mühüm bir hadisə olduğunu qeyd etmişdirlər.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.