Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib


Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib

Font ölçüsü

ner.jpg

23 yanvar 2015-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.

Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak etmişlər.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Natiq Babayev yığıncaqda hesabatla çıxış edərək qeyd etmişdir ki, nümayəndəliyin ərazisi - 12,25 kv.km, əhalisi isə– 29651 nəfərdir. Ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatların sayı 6325- dir.

Nümayəndəlikdə sənədləşdirmə və karküzarlıq işləri AR-nın 10 iyun 1997- ci il tarixli, 314-İQ nömrəli Qanunu əsasında ”AR-nın rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçıları aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” AR Prezidentinin 6 mart 2000-ci il tarixli, 347 nömrəli Sərəncamına və AR Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssələrində karküzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq həyata keçirilir. Nümayəndəlikdə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılmasına qayğı və həssaslıqla yanaşılması tələb olunur.

2014-cü ildə nümayəndəliyin ərazisində rayon İcra Hakimiyyəti başçısının 5 səyyar görüş və qəbulları keçirmişdir. Belə ki, səyyar görüş və qəbulların 2-i müəssisələrdə; müəssisə kollektivi və yaxın ərazilərdə yaşayan sakinlərlə, 3-ü isə məhəllədaxili ərazilərdə sakinlərlə keçirilmişdir. Keçirilmiş səyyar görüş və qəbullar zamanı 462 nəfər iştirak etmiş, 43 müraciət olmuşdur. Keçirilən səyyar görüş və qəbullarda qaldırılan məsələlər küçə və məhəllədaxili yolların təmiri, Olimpiya stadionunun tikintisilə əlaqədar yeni yolun çəkilişi və Ziya Bünyadov prospektinin yenidən qurulması ilə bağlı sakinlərin köçürülməsi ilə əlaqədar kompensasiya ödənilməsi, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlər, təhsil, səhiyyə müəssisələrinin təmiri, tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosial yönümlü məsələlərlə bağlı olmuşdur. 2014-cü ildə nümayəndəliyə RİHB aparatından 6 məktub, 4 sərəncam, 6 əmr, idarə və müəssisələrdən 7 məktub, vətəndaşlar tərəfindən isə 54 şifahi müraciət daxil olmuşdur. Edilən müraciətlərdən 2-i abadlaşdırılma, 3-ü məhəllədaxili yolların təmiri, 2-si işə düzəlmə, 5-i kommunal xidmət, 4-ü mənzil şəraitinin yaxşılaşdırılması, 22-si dövlət əhəmiyyətli yeni yolun çəkilişi ilə əlaqədar köçürülmə, 1-i dam örtüyünün təmiri, 1-i xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünə qulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərilməsilə, 14-ü isə ünvanlı dövlət sosial yardımı almaqla bağlı olmuşdur. Nümayəndənin qəbulunda 29 nəfər olmuş və İH-nin 1643 nömrəli Qaynar Xəttindən 14 zəng daxil olmuşdur.

Hal-hazırda Olimpiya stadionuna yeni yolun çəkilişi ilə əlaqədar Xəlil Rza küçəsində bir sıra mühüm işlər həyata keçirilir, Ziya Bünyadov prospektində müəyyən edilmiş yerlərdə istinad divarları tikilir, RİHB-nın keçirdiyi səyyar qəbul və görüşlərində qaldırılan problemlərin həlli istiqamətində müvafiq işlər görülür, ərazidə yaşayan sakinləri narahat edən problemlər öyrənilir, qeydə alınır, onların həlli istiqamətində RİH-nin başçısına müvafiq təkliflər hazırlanır və rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin vaxtında və hərtərəfli icrasına nail olmaq üçün konkret işlər görülür.

Yığıncaqda daha sonra çıxış edən sakinlər, ərazidə yerləşən təşkilatların nümayəndələri hesabatla bağlı təklif və fikirlərini bildirmiş, onları narahat edən mövzular ətrafında müzakirələr aparılıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.