"Rusiyanın Qarabağı Ermənistandan alıb Azərbaycana qaytaracağını güman edirlər"


"Rusiyanın Qarabağı Ermənistandan alıb Azərbaycana qaytaracağını güman edirlər"

Font ölçüsü

er.jpg

Konstantin Kovalyov: “Ermənistan müxalifəti Gümridəki hadisəni məhz Sarkisyan rejiminin devrilməsi üçün istifadə etmək niyyətindədir”

Dosye.org eksklüziv olaraq Rusiya “Siyasi ekspertlər qrupu” nun rəhbəri, politoloq Konstantin Kolaçovla müsahibəni təqdim edir:


-Bu günlərdə erməni nəşrlərinin iddiasına görə, “Rusiya və Azərbaycan öz lazımsız neftlərini məcburən satmağa çalışırlar. Amma Rusiya və Azərbaycan enfti heç kəsə lazım deyil”. Necə düşünürsüz, bu gün Azərbaycan və Rusiya neftinə həqiqətən də ehtiyac yoxdurmu?

-Dünya neftsiz ümumiyyətlə mövcud ola bilməz. Misal üçün əgər çörək ucuzdursa, deməli o lazım deyil? Bu düzgün fikir deyil. Neft də elədir. Digər tərəfdən isə gəlirləri iqtiadi diversifikasyası üçün istifadə etmək lazımdır. Misal üçün bunu Birləşmiş ərəb Əmirlikləri edir...Rusiya özünün bu şansını heç zaman istifadə etməyib. Lakin qeyd etməyə bilmərəmç ki, geosiyasi tərəfdən rusiyanın Ukrayna məsələsinə müdaxilə etməsi ölkəni neftin embarqosuna gətirib çıxaracaq. Amma hətta embarqo tətbiq olunsa belə, bu da neftin lazım olmadığı anlamına gəlmir. Sadəcə olaraq siyasə bir çox hallarda iqtisadiyyatı üstələməyi bacarır.

- Necə düşünürsüz, Gümridə baş evrmiş dəhşətli hadisə sizcə əvvəlcədən ermənilər tərəfindən düşünülmüş ola bilərmi? Nəzərə alsaq ki, bir çox ermənilər ermənistanın Avrasiya İttifaqına üzvlüyünü dəstəkləmədiyini açıq şəkildə bildiriblər. Bu insident isə Ermənistan ın yenidən öz seçimini müzakirə edilməsi üçün həll edici olacağına hesablandığını söyləmək olarmı?

- Mən inanmıram ki, gümridəki hadisə əvvəlcədən düşünülmüş və planlaşdırılmış olsun. Siz sadəcə həmin təqsirkar hərbçi premyakovun üzünə baxın. Məsələ ondan ibarıətdir ki, bu hadisənin törədilməsinə kimlər yol verib. Nə üçün bu cür xəstə təxəyyüllü insanların hərbidə xidmət etməsinə yol verilir? Hesab edirəm ki, baş evrən hadisə Rusiya xalqının soyqrımının heyfini çıxmaq düşüncəsi bu cür “premyakovlar”ın meydana çıxmasına görədir. Həmin insanlar sadis və xəstə psixikaya malikdir. Lakin qeyd edim ki, baş vermiş hadisənin siyasi oyunun bir hissəsi olmasıda istisna edilmir.

- Axı gəlin qəbul edək ki, bu gün Qərb də, ABŞ da, Rusiya hərbi bazasının Qafqaz ölkələrində olmasından narahatdır. Bu günlərdə gümridə baş verən hadisə isə Qafqazlıları çox qorxudub. Siz bütün bu amillər olmaqla yanaşı, yenədə bu hadisənin Premyakov kimi sıradan bir hərbçinin törətdiyinə inanırsınızmı?

- Mən sizin diqqətinizi Ermənistan müxalifətinə çəkmək istərdim. Bu gün Ermənistanda üç partiya mövcud hakimiyyətə qarşı birləşərək mübarizə aparır. Bu mübarizəni isə bir çoxları Ermənistanın Gömrük ittifaqına və ya Avrasiya İqtisadi ittifaqına üzvlüklə əlaqələndirilər. Onlar Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq etmək niyyətindədirlər və Sarkistyan rejmini devirmək istəyirlər. Bəli bu gün Ermənistanda inteqrasiyaya arşı çıxanlar da az deyil. Lakin onlar azlıq təşkil edir. Hətta müxalifət düşərgəsində olsalar belə. Ermənistanı təhlükəsizlik məsələsi, Rusiya ilə münasibətləri korlamaq dərəcəsində maraqlandırmır. Azərbaycana qaşı heç də adekvat mövqe sərgiləməmələri, əslində Ermənistanın ciddi siyasətinin olmamasından xəbər verir. Bir sözlə Ermənistan müxalifəti Gümridəki hadisəni məhz Sarkisyan rejiminin devrilməsi üçün istifadə etmək niyyətindədir. Lakin görünüş olaraq, Ermənistan maraqlarının qorunması kimi təqdim edilir. Deməli Ermənistan bu törədilmiş faciədən istifadə etdi? Orada anti Rusiya hərəkatı və radikal bəyanatlar səsləndirilirdi? Bəli lakin anti Rusiya deyil, antirus hərəkatı idi. Onların bu cür hərəkətləri bir növ Rusiya hakimiyyətinin mövcud hadisəyə qarşı münasibətlərinin birdən birə tormozlanmasından qaynaqlandı. Məlum məsələdir ki, Rusiyada Putindən başqa heç kim, heç nə həll etməyə qadir deyil. Bu hal indi rusiyada adi hala çevrilib artıq. Görünür, Putinə də mövcud hadisə haqqında məlumatı İrəvan və Gümridəki nümayişlər olub bitəndən sonra çatdırıldı. Məlum məsələdir ki, bu hadisəni jurnalistlər daha da acımasızlıqla qələmə vermək niyyətindədir.Amma bilidirim ki, mən özüm şəxsən oz cür hərbi bazanın olduğu yerə xidmət etmişəm. Həmin ərazi insidetlər üzrə bir nömrəli yer hesab edilirdi. Orada hər 7-ci və ya 8-ci hərbiçi yerində öldürülürdü. Anladığınız qədəriylə hərbçilərlə yanaşı bu cür şəraitdə mülki şəxslərdə əziyyət çəkir. Həmin hadisə baxmayarq ki, Sovet ittifaqı vazxtı olmuşdu, bu gün də eyni hadisələrin biz şahidi oluruq. Hərbi bazada bu cür insidentlərin olması təbii haldır. Bu Yaponiya və Almaniyadakı ABŞ bazalarında da dəfələrlə olub. Bundan heç kəs sığortalanmayıb. Məslə ondandır ki, hər kəs başvermiş hadisədən dərs almalıdır və nəticə çıxarmalıdır.

 -Sizcə Rusiya qonşu dövlətlərlə apardığı siyasəti səhvsiz siyasət adlandırmaq olarmı?

- Əlbəttə yox. Rusiya bir çox hallarda öz tərəfdaşları və qonşu dövlətlərlə apardığı siyasətdə səhvlər buraxır. Misal üçün Belarusiya ilə münasibəti heç də dostluğa əsaslanmırdı. Baxın bu cür hadisələr təbii ki, bir Rusiya vətəndaşı kimi məni məyus edir. Belə getsə, ümumiyyətlə tərəfdaşsız qalmaq olar. Rusiya tez bir zamanda qonşu dövlətlərlə siyasətində “onlar biz olmasaq heç nə edə bilməzlər” təfəkküründən əl çəkməlidir. Ümumiyyətlə öz tərfdaşına qarşı hörmət uzunmüddətli dostluq qazandırır.


- Sonda bir neçə kəlmə ilə Dağlıq Qarabağla bağlı münasibətinizi bildirərdiz. Sizcə Rusiyadan bu münqişənin həlli necə görünür?

-Mənə elə gəlir ki, azərbaycanlılar və ermənilər Dağlıq Qarabğla bağlı özlərini boş illuziya ilə doldururlar. Ermənilər Rusiyaya arxalanaraq, bir əlli hərəkət edərək, azərbaycanlılara qalib gələcəklərini iddia edirlər. Azərbaycanlılar isə hər dəfə bir əlamətdən eyforiyaya qapılaraq, Rusiyanın Qarabağı Ermənistandan alıb Azərbaycana qaytaracağını güman edirlər. Amma anlamaq istəmirlər ki, bu da, digəri də sadəcə illuziyadır...

-Ola bilər ki, sizin sözlərinizdə həqiqət var. Amma onu da etiraf edək ki, Rusiya bu cür durumda öz pozisiyasını hər iki tərəfi qaçırmamaq şərti ilə qorumağı bacarır..

-Elədir bəli...

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.