Putin Obamanı hədələdi?


Putin Obamanı hədələdi?

Font ölçüsü

oba.jpg

Moskvaya qarşı iqtisadi təzyiqlər sizin üçün dağıdıcı ola bilər

Rusiya Qərbə xəbərdarlıq göndərib. ANS PRESS-in məlumatına görə, xəbərdarlıqda bildirilir ki, əgər Ukraynaya görə, Rusiyaya qarşı növbəti iqtisadi təzyiqlər bunu edənlər üçün tamamilə dağıdıcı və ziyanlı ola bilər.

Bunu yanvarın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Barak Obamanın bəyanatından sonra bildirib.

O deyib ki, Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmaq tamamilə zərərlidir, əsassızdır və uzaqgörən qərar deyil: "Bu cür qarayaxma Rusiyanı heç vaxt davamlı və bəlli siyasətindən dönməyə vadar edə bilməyəcək. Yaxşı olar ki, ABŞ ilə Avropa İttifaqı bu böhrana görə, Ukrayna hökumətinə təzyiq göstərsinlər".

Xatırladaq ki, Barak Obama söyləyib: "Vaşinqton Rusiyaya qarşı təzyiqləri artırmaq üçün hərbi hərəkətlərdən başqa, bütün variantları nəzərdən keçirir".


Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.