Tərtər rayon icra başçısı hansı müxalif partiyaya maliyə dəstəyi verir?


Tərtər rayon icra başçısı hansı müxalif partiyaya maliyə dəstəyi verir?

Font ölçüsü

mus.jpg

Tərtər rayon icra başçısı rayon camaatını yürüşə sövq edir...

Dosye.org-un redaksiyasına daxil olan məlumata görə, Tərtər rayon icra başçısı rayon camaatını etiraz aksiyası keçirməyə bilərəkdən yol verir. Daxil olan məlumatla bağlı əməkdalarımız Tərtər rayonunda araşdırma aparmış və olduqca gərəkli məlumatlar əldə etmişlər. Mənbəmizin verdiyi xəbərə görə, Tərtər rayon icrta başçısı Müstəqim Məmmədov rayon camaatını bilərəkdən dövlətə qarşı qızışdıraraq, onların prezident aparatına yürüş etməyə sövq edir. Belə ki, rayon camaatı Müstəqim Məmmədovun rayon əlilləri üçün ayrılan müavinətlərin və sisosial yardımların mənimsənilməsi, qanunsuz fəaliyyət göstərməsinə görə, rayon əlilləri dəfələrlə icra başçısına öz etirazlarını bildirib və Bakıya, prezidentin igamətgahına yürüş edərək, onun əməllərinin üstünü açacaqları ilə bağlı xəbərdarlıq ediblər. Lakin deyilənə görə, olduqca güclü havadarı olan Müstəqim Məmmədov əlillərin bu cür xəbərdarlıqlarına əhəmiyyət vermədən, rayondakı mövcud özbaşınalığı davam etdirməkdədir.

Rayon sakinlərinin bir neçəsi bildirib ki, bu günlərdə əlillər dövlətin onlara göstərdiyi qayğı və yardımın korrupsioner icra başçısı tərəfindən mənimsənilməsinə etiraz olaraq, yaxın günlərdə prezident aparatına yürüş edəcəklərini bildirdilər. Onların sözlərinə görə, gözlənilən bu yürüşdən və çoxsaylı camaatın etirazlarından icra başçısı Müstəqim Məmmədovun da xəbəri var. Lakin mövcud problemi aradan qaldırmaq üçün barmağını təki tərpətmək üçün səy göstərmir.

Digər bir mənbənin verdiyi məlumata görə, Müstəqim Məmmədov AXCP-yə böyük maliyyə dəstəyi verənlərdən biridir. O üzdən rayonda bilərəkdən “camaatın dövlət üzərinə qızışdırılması” siyasəti aparmaqdadır...

Nəzərinizə çatdıraq ki, əldə etdiyimiz materiallar əsasında araşdırmalarımız davam edir. Yaxın günlərdə faktla bağlı yetərli bilgiləri oxucuların nəzərinə çatdıracağıq.

Xatırladaq ki, Müstəqim Məmmədov 8 may Şuşanın işğal günündə, “icra başçısı”kürsüsünə oturmağının şərəfinə qonaqlıq verən icra başçısı kimi tanınır.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.