Deputatlar süni mayalanma məsələsində Şeyxlə razılaşdılar


Deputatlar süni mayalanma məsələsində Şeyxlə razılaşdılar

Font ölçüsü

seyx.jpg

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya müsahibə verib.

Dosye.org Virtualaz.org-a istinadən xəbər verir ki, bir şox məsələlərə toxunan komitə sədri Azərbaycanda haqqında çoxdan danışılan surroqat ana məsələsi ilə bağlı müzakirələrin nə ilə nəticələndiyinə də aydınlıq gətirib.Müxbirin "Süni mayalanma ilə bağlı məsələ bir vaxtlar aktiv müzakirə olunsa da, sonradan bunun qəbul olunması üçün müzakirəyə çıxarılması təxirə düşdü. Nə idi səbəb" sualına cavabında deyib: "Burda əsas iki mövzudur. Birinci surroqat ana məsələsidir ki, dünyada da bu mübahisə mövzusudur. Surroqat ana dünyanın bir çox ölkələrində var. Rüşeymləri birləşdirib başqa anaya yerləşdirirlər, ana uşaq dünyaya gətirir. Orda da çoxlu mübahisəli məsələlər var. Şeyx bunu məsləhət görmədi. Süni mayalanmada isə biz ərlə arvadın süni mayalanmasının tərəfdarıyıq.

Bizim qanunda da bunun əleyhinə bir şey yoxdur. Amma süni mayalanmanın özü də mübahisəli mövzudur. Nə üçün? İranda bunu siğə edirlər. Bir nəfəri bir nəfərlə süni mayalanma edirlər. Avropa ölkələrində bir nəfərin 10 və daha çox mayasından süni mayalanma edirlər. Ölkələr var ki, orada götürülən mayanı kimə istəyirlərsə, vururlar. Nəticədə bu, qardaş-bacı nikahı da ola bilər. Hind filmlərindəki kimi.

Buna görə bu mövzunu gündəmdən götürdük. Biz bütün hallarda Şeyxülislam Allahşükür Paşazadənin fikirləri ilə razılaşdıq. Biz gənc ailə haqqında yeni qanun hazırlamaq istəyirik. O qanunda göstəriləcək ki, 10 ildən artıq nikaha girənlərin uşağı yoxdursa, onlara dövlət hesabına o əməliyyatı edək. O əməliyyatın qiyməti təxminən 3000 dollardır. Biz istəyirik bunu edək. Bu məsələ də gündəmdədir".

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.