Böyük vətən oğlu - Məmməd Əmin Rəsulzadə


Böyük vətən oğlu - Məmməd Əmin Rəsulzadə

Font ölçüsü

emin.jpg

Partiya sədrləri Məhəmməd Əmin Rəsulzadənin məzarının Bakıya gətirilməsindən danışdılar

M.Ə.Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biridir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub və hələ də o kəlmə dillər əzbəri olmağa davam edir.Məhəmməd Əmin Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Bu gün isə həmin tarixdən düz iki əsr keçir. Ötən il Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Məmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam vermişdi. Bu sərəncamdan dolayı hətta Məmməd Əmin Rəsulzadənin nəvəsi dünya şöhrətli dahi rəssam Rəis Rəsulzadə prezidentə öz təşəkkürünü bildirmişdi. Rəis Rəsulzadə babası Məhəmməd Əmin Rəsulzadənin məzarının Bakıya gətirilməsi ilə bağlı fikr bildirmişdi. Bbu fikrin nə dərəcədə əsaslı olmasını aydınlaşdırmaq məqsədi ilə, dosye.orq bir çox tanınmış simaların fikrini öyrəndi.

Məmməd Əmin Rəsulzadənin məzarı sizcə Azərbaycana gətirilməlidirmi və nəvəsi Rəis Rəsulzadənin istəyi ilə babasının məzarının Bakıya gətirilməsinə dövlət gərəkən dəstəyi verəcəkmi?

Demokratik Rifah Hərəkatı-nın təsisçilərindən Səxavət Əlisoy: “Dövlətin qurucusunun qəbri paytaxtda olmalıdır. Ancaq Məmməd Əmin Rəsulzadənin qəbrinin gətirilməsi bir çox adamlara sərf eləmir. Çünki o məzar gətirilərsə, ilboyu ziyarət məkanına çevrilə bilər...

Milli Konqres Partiyasının sədri İxtiyar Şirin: “Həm Məhəmməd Əmin Rəsulzadənin, həm də onunla birlikdə Cümhuriyyətimizi qurmuş digər böyük şəxsiyyətlərimizin məzarlarının Bakıya gətirilməli və onlar birlikdə Dağüstü Pparkda digər şəhidlərimizin yanında dəfn edilməlidirlər. Çünki onlar hamısı şəhiddirlər. Millət yolunda, vətən yolunda şəhid olmuş böyük şəxsiyyətlərimizə uyğun olan da budur. Hesab edirəm ki, onların Bakıda öz doğma vətənlərində dəfn edilmələri üçün ölkə daxilində bir siyasi zəmin də hazırlanmalıdır. Biz nəzərə almalıyıq ki, bu şəxsiyyətlər millətimizi birləşdirən, hamının mənafeyini nəzərə alan, xalqın içərisində ayrı seçkiliyi və qarşıdurmaları aradan qaldıran, millətimizin gücünü birləşdirib milli və demokratik bir cümhuriyyət qurmağı və Azərbaycanın düşmənlərini məğlub etməyi bacaran şəxsiyyətlər olduqlarına görə, biz də onların qoyub getdikləri siyasi və mənəvi dəyərləri birlikdə sahiblənərək, bu şəxsiyyətlərin adlarından siyasi qarşıdurma üçün istifadə etməməliyik”.

Doğru Yol Partiyasının sədri Kəramət Salayev: “Məhəmməd Əmin Rəsulzadənin məzarı müsəlman ölkəsi qardaş Türkiyə Cümhuriyyətindədir. O dinimizin qaydaları ilə dəfn edilib. Yəni yad bir ölkədə deyil. Bu baxımdan məzarın Azərbaycana gətirilməməyi mənfi hal deyil. Mən Rəis Rəsulzadənin bu fikri ilə təəsüf ki, tanış deyiləm. Amma həqiqətən də, belə bir istək varsa, güman edirəm dövlət öz dəstəyini verəcək”.

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı: “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətçiliyinin ideoloji məfkurəvi əsaslarının yaradıcısı, Müstəqil Azərbaycan Dövlətçiliyinin bərpasında müstəsna rolu olan XX əsrin ən görkəmli ictimai siyasi xadimidir. Sovet Azərbaycanının, istərsə də, müasir Azərbaycan Respublikasının ideya-siyasi banisi Məhəmməd Əmin Rəsulzadədir. O böyük bir tarixi dövrə liderlik edə bildi. Qüzeyli-Güneyli, Batılı-Doğulu Transqafqazda dörd dövlətin yaranması prosesinə rəhbərlik etdi. Bunların təşkilati və siyasi ideoloqu Rəsulzadə idi. O Azərbaycanın son 300 ilinin ən böyük və parlaq dövlət adamıdır Təbii ki, belə bir şəxsiyyət hər xalqın taleyinə qismət olan hal deyil.Müasir dünyanın demokratiya, siyasi sistemlər, ideologiyalar haqqında fikir söyləyə bilən türk dünyasının çox böyük filosofu, ideoloqudur. Biz Məhəmməd Əmin Rəsulzadəyə hələ sözün geniş mənasında sahib ola bilməmişik. Bu da ölkəmizdə mövcud olan məfkurə fərqliliyinə bağlıdır. Rəsulzadə Azərbaycanda dəfn olunmalıdır və olunacaqdı da. Sadəcə bu hadisənin indi baş verəcəyinə sadəcə inanmıram”.


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Huseyn Cavidin məzarının necə illərdən sonra Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycana gətirilməsi ənənəsi tariximizdə mövcuddur. Buna görə mən tam əminəm ki, hormetli qardashim Ilham Eliyev cenablari eyni eneneye sadiq qalaraq, Məhəmməd Əmin Rəsulzadənin məzarının Bakıya gətirilməsi məsələsində öz milli və hümanist mövqeyinə uyğun addım atacaqdır. Mən şəxsən bunu dəstəkləyirəm və Azərbaycanın dahi şəxslərinin öz torpaqlarında dəfn edilməsinə müsbət yanaşıram”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.