Rusiya deputatının Putin rejimi haqqında şok fikrləri...


Rusiya deputatının Putin rejimi haqqında şok fikrləri...

Font ölçüsü

put.jpg

Boris Nemtsov: “Necə ola bilərdi ki, o cür Yeltsin özündən sonra bu cür yetirmə qoyub getdi?”

Dosye.org Rusiya politoloqu, dövlət xadimi, Yaroslav əyalətindən seçilmiş və Rusiya Ali Məclisi olan Dumanın deputatı, Rusiya müxalifətinin koordinasiya məclisinin üzvü Boris Nemtsovun facebook səhifəsinə istinadən verdiyi xəbərə görə, Boris Nemtsov Rusiyanı və rusiya hakimiyyətini ifşa edici fikrlər yazıb. Qeyd edək ki, həmin fikrlər Rusiyanın eks prezidenti Boris Yeltsinlə öz şəklinin altından yazılıb. O fikrləri olduğu kimi sizin nəzərinizə çatdırırıq:


“Eh, Boris Nokolayeviç, fikriləşirdiz ki, heç sizin yetirməniz Ukrayna ilə müharibə aparacaq və 5000 ukraynalı, eləcə də rus bu müharibənin qurbanı olacaq? Düşünürdünüz ki, müharibə kimi bir dəhşət sonsuz olacaq və günahsız insanları müharibənin bitməsi üçün keçirdikləri nümayişlərə görə, həbs edəcəklər? Düşünürdünü ki, çox uşaqlı və körpə əmizdirən bir ananı vətənə xəyanətə görə, Lefortovoda atacaqlar? Heç bir dəfə də olsa fikrləşimisiz ki, Rusiyanı Böyük 8-likdən qovacaqlar və Rusiya daş-qalaq ediləcək? Bilirdiniz ki, nə vaxtsa Ostankino iylənmiş və yalan informasiya yayan mənəvi canavarlardan ibarət təbliğatçıya çevriləcək?

Bildirdiz ki, 90-cı illərdə quldurlar məskəni olan Peterburqda vitze-mer olan yetirməniz, öz problemlərini və uğursuzluğunu sizin və 90-cı illərin üzərinə tökəcək? Bilirdiniz ki, onun dostları möcüzəli şəkildə birdən-birə dollarlı milyarderlərə çevriləcək?

Siz heç güman edirdiz ki, sizin öyündüyünüz nə vardısa, azad media, seçkilər, qonşularla mehriban münasibət və Rusiyanın aparıcı dövlətlər sırasında təmsil olunması kimi amillər məhv ediləcək?

Eh Boris Nikolayeviç... Xatırimdədir, mən sizə bir dəfə doğum günündə balaca tank-heykəl hədiyyə etmişdim. Onun üzərində isə Böyük Yeltsin var idi. Siz mənə hələ o zaman demişdiz ki, həyatda hər şey tərsinə dövran edir. Mən sizə cavab olaraq demişdim ki, 91-ci ilin avqusunda xalq sizi elə belə görürdü. İndi düşünürəm ki, necə ola bilərdi ki, o cür Yeltsin, özündən sonra bu cür yetirmə qoyub getdi?”

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.