"Azərsu" Qorxmaz Hüseynova hədiyyə edilib?


"Azərsu" Qorxmaz Hüseynova hədiyyə edilib?

Font ölçüsü

qorx.jpg

“Azərsu” ASC ölkədə ən çox korrupsiyaya bulaşmış dövlət qurumlarından birinə çevrilib. Qurum rəhbəri Qorxmaz Hüseynovun dövründə ASC ən ağılasığmaz maxinasiyalar, büdcə yeyintilərinə yol verilib.

Tia.az-a bu barədə daxil olan müdhiş məlumatlardan biri də texniki şərt bazarının açılmasıdır. Belə ki, Q.Hüseynov dövlət və özəl obyektlərə texniki şərt sənədini “şərt”siz vermir. İstər su-boru xətlərinin çəkilişi, istərsə də kanalizasiya xətti üçün “Azərsu”dan alınacaq texniki şərt sənəd ən azı 60 min manata satılır.
Məlumatda qeyd olunub ki, su və kanalizasiya xətlərinin istifadəyə verilməsi üçün nəzərdə tutulan sözügedən sənədi əldə etmək sahibkarlara soğan qabığı kimi soyulmaq hesabına başa gəlir.
İstənilən müəssisə sahibi 60 min manatdan başlayaraq, rüsumların artan xətt üzrə tarifi ilə razılaşmalıdır. Q.Hüseynovun birbaşa nəzarətində olan bu bazar yaxın ətrafı və qohumları tərəfindən idarə olunur. Mövzunu diqqətdə saxlayacağıq.

 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.