Cəbhədə yaralanan əsgərlər helikopterlə Bakıya gətirilir


Cəbhədə yaralanan əsgərlər helikopterlə Bakıya gətirilir

Font ölçüsü

sehidesger.jpg

Yaralılar ağır vəziyyətdə olduqları üçün paytaxta yola salınıb

Bu gecə cəbhə bölgəsində yaralanan əsgərlər artıq Bakıya yola salınıb. Lent.az-ın "anspress"ə istinadən xəbərinə görə, gecə saat 03:00-dən 05:00-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən 8 əsgərimiz yaralanıb. Yaralılar ağır vəziyyətdə olduqları üçün paytaxta yola salınıb.

Yaralılar xüsusi hərbi tibbi yardım helikopteri ilə aparılıb.

Qeyd edək ki, atışma zamanı milli ordumuzun 5 hərbçisinin şəhid olduğu deyilir. Lakin hələlik şəhidlərdən yalnız dördünün kimliyi məlum olub.

Həlak olan hərbi qulluqçular:

- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.