Cəlilabad rayonunun Abdullu kəndinə təbii qaz verilmişdir


Cəlilabad rayonunun Abdullu kəndinə təbii qaz verilmişdir

Font ölçüsü

eziz.jpg

Fevralın 20-də Cəlilabad rayonunun Abdullu kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir.Tədbirdə rayon İcra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd sakinlərini təbrik edərək onlara ən səmimi və xoş arzularını çatdırmışdır.RİH başçısı qeyd etmişdir ki, ölkə prezidenti daim xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.

Dövlət proqramına əsasən son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Cəlilabadda da geniş quruculuq-abadlıq işləri həyata keçirilir.Abdullu kəndinə təbii qazın verilməsi bunun bariz nümunəsidir.Sonra kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.