Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar günü qeyd olunub


Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar günü qeyd olunub

Font ölçüsü

celi.jpg

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı  cənab Əziz Əzizov  açaraq iştirakçıları bayram münasibəti ilə təbrik etdi.

Əziz Əzizov  8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verərək qeyd etdi ki, bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev qadınlarımız barədə «Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm» demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.

Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət Vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik.

Böyük Vətən müharibəsi illərində qadınlarımız kişilərlə bərabər böyük qəhrəmanlıq və fədakarlıq göstərərək qələbənin əldə olunmasında böyük əmək, qüvvə və bacarıq sərf etmişlər. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr edirik. Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir.

1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulmuşdur.

Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir.Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara rayon icra hakimiyyətinin başçısının Fəxri fərmanları və qiymətli hədiyyələri verilmişdir.Tədbirdə iştirak edən qadınlar üçün bayram süfrəsi açılmış,rayon incəsənət ustalarının iştirakı ilə konsert verilmişdir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.