Heydər Əliyev haqqında maraqlı iddia


Heydər Əliyev haqqında maraqlı iddia

Font ölçüsü

heyder.jpg

Sabiq prezidentin 50-ci illərdə NATO-ya qarşı keçirdiyi əməliyyatlar Almaniya kəşfiyyatçılarının dərsliyinə salınıb

Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin fenomenal yaddaşa malik olması, habelə onun peşəkar və bacarıqlı bir çekst olduğu kimsəyə sirr deyil. Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyevin hələ də bir zamanlar rəhbərlik etdiyi əməliyyatlarla bağlı geniş məlumatlar verilmir.

Demokratiya.info xəbər verir ki, dünən bununla bağlı sosial şəbəkələrdə maraqlı bir xəbər yayılıb. Həmin xəbərdə deyilir ki, Azərbaycanın sabiq prezidenti hələ SSRİ KQB-də işləyən zaman bir sıra mühüm əhəmiyyətli əməliyyatlarda iştirak edib. Həmin əməliyyatlardan bir neçəsi də NATO-ya qarşı olub. Həmin vaxt NATO-nun SSRİ ilə bağlı bir neçə planını sıradan çıxaran Heydər Əliyev, hətta yüksək rütbələrə layiq görülməklə yanaşı, həm də vəzifədə irəliyə çəkilib.

Lakin məlumatın maraqlı qismi odur ki, Heydər Əliyevin KQB dönəmində keçirdiyi əməliyyatlar xarici xüsusi xidmət orqanlarının da diqqət mərkəzində imiş. Demokratiya.info yayılmış xəbərlərə istinadən xəbər verir ki, həmin əməliyyatlardan bir neçəsi hal hazırda Almaniya kəşfiyyatçılarının dərslik kitabına salınıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.