Polşa prezidentini Putin öldürüb?


Polşa prezidentini Putin öldürüb?

Font ölçüsü

pol.jpg

Almaniyalı jurnalist Yurgen Rop Smolenskdə Polşa prezidentinin də göyərtəsində olduğu təyyarənin qəzası ilə bağlı səslənən versiyanın inandırıcı olmadığını yazır.

Belə ki, jurnalist hadisədən bəhs edən kitabında iddia edir ki, Polşa prezidenti Lex Kaçinski və 95 sərniş öldürülüb. Almaniyanın Bild qəzetinə müsahibəsində o hadisəyə görə günahı FTX-nin üzərinə qoyub.

Jurnalist bildirir ki, o belə nəticəyə Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşlarından birinin hazırladığı hesabatla tanış olandan sonra gəlib. Hesabatda qeyd olunub ki, Rusiya FTX-nin zabiti prezidentin təyyarəsinə uzaqdan idarə olunan partlayıcı yerləşdirib. Bu işdə ona polşalı köməkçiləri də yardım edib.

Jurnalistin sözlərinə görə, hesabatın tam dəqiq olduğuna əminlik olmasa da, onun Polşa və Rusiyanın hakim dairələrində ciddi əlaqələrə malik şəxs tərəfindən hazırlandığını demək mümkündür.

Jurnalist hesab edir ki, cinayətin motivi aydındır. Kaçinski Kreml və Putinin əleyhinə çıxış edirdi, həmçinin “Qazprom”la çoxmilyardlıq müqavilənin əleyhinə çıxırdı.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.