8 saylı TSEK-də bazar "Gəl ay müştəri qızıldan dişləri"


8 saylı TSEK-də bazar "Gəl ay müştəri qızıldan dişləri"

Font ölçüsü

sq.jpg

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində, Səlim Müslümovun nazir postuna görəvləndirildikdən sonra aparılan islahatlar uğurla davam etdirilməkdədir.

Ancaq bütün bu islahatlarla yanaşı nazirliyin tabeçiliyində fəaliyyət göstərən Tibbi Sosial Ekspert Komissiyalarında olan neqativ halların qarşısını almaq isə böyük bir problemə çevrilib. Hətta nazir yeni təyin olunduğu zaman bir neçə TSEK sədrini keçirdiyi müşavirə zalından çıxarmaqla işdən qovması əslində bir neçə komissiya sədrinə ibrət kimi də qəbul olunmuşdu. Ancaq təəssüf ki, qısa zaman keçdikdən sonra əvvəlki iş prinsipini yenidən tətbiq edən TSEK sədrləri barədə məlumatlar dolaşmağa başladı. Bu günlərdə həbs olunması barədə mətbuatdan da məlumat verildiyi kimi məlum olan Xoşbəxt Ağayeva da bu qəbil “VİTEK” sədrlərindən idi.
Əlillik dərəcəsi almaq istəyən vətəndaşlardan 2000-3000 manat cıvarında rüşvət istənilməsi, hətta tibb idarəsinin göndərişi olmadan belə, özləri tərəfindən hazırlanmış, toplanılmış sənədlər əsasında ekspert komissiyasının gəldiyi “nəticə” ciddi qanun pozuntusundan xəbər verir. Belə Tibbi Sosial Ekspert Komissiyalarından biri kimi 8 saylı TSEK-dir ki, buranın komissiya sədri olan A.Həsənovun imzası və Ali Nəzarət Komissiyasının künc möhürü ilə təsdiqlənir. Acınacaqlı hal eyni zamanda ondan ibarətdir ki, 8 saylı TSEK üzvüləri sırasında daha əvvəl də “rüşvət alma” maddəsi ilə ittiham olunan şəxsin də təmsil olunmsı əslində ciddi və şərhə ehtiyyacı olmayan məqamlardan xəbər verir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.