Türkiyənin keçmiş prezidenti vəfat etdi


Türkiyənin keçmiş prezidenti vəfat etdi

Font ölçüsü

ers.jpg

Türkiyənin keçmiş prezidenti Kənan Evren 98 yaşında Ankarada vəfat edib.

General Kənan Evren 1980-ci il, sentyabrın 12-də dövlət çevreilişi nəticəsində hakimiyyətə gəlmişdi.

1989-cu ilədək prezident olan Evren həmin çevrilişə görə 2014-cü ildə ömürlük həbs cəzasına məhkum edilmişdi.

General Evrenin çevrilişi əsnasında 600 min nəfər həbs edilmiş, 50 nəfər edam olunmuşdu. Buna baxmayaraq Evren 2014-cü ildə keçirilən məhkəmədə iştirak etmək durumunda deyildi.

Onun xeyli müddətdir yatdığı xəstəxanada vəfat etdiyi xəbər verilir. O, 2012-ci ildən bəri ağır xəstə idi.

General Evren Türkiyənin tarixində ən qəddar çevrilişə görə heç vaxt peşmançılıq ifadə etməyib.

Təhlilçilər bildirirlər ki, bir çox insanlar ölkəyə sabitlik gətirəcəyini düşünərək həmin çevrilişi dəstəkləmişdilər.

Kənan Evren sosialistlərə, millətçilərə, kürd separatçılara və islamçılara eyni sərtliklə yanaşırdı.

Generalın özü ölkəsinə dinclik gətirdiyinə inanırdı və çıxışlarından birində demişdi ki, siyasi ekstremistləri illərlə həbsxana yedizdirməkdənsə asmaq daha münasibdir.

Kənan Evrenin çevrilişindən əvvəl ölkədə ifrat sağçı və ifrat solçuların qanlı toqquşmaları gedirdi və ordu belə bir qərar gəlmişdi ki, hökumət vəziyyətlə bacarmır.

Çevrilişin ardınca parlament buraxılmış, general Evrenə yeni konstitusiya ilə 7 illik prezidentlik müddəti verilmişdi.

Kənan Evrenin nə vaxtsa məhkəmə qarşısında duracağına çox az adam inanırdı, lakin 2010-cu ildə Ərdoğan hökuməti tərəfindən konstitusiyaya edilmiş dəyişiklik onun və çevrilişdə iştirak etmiş başqa hərbçilərin immunitetini ləğv etmişdi.

2014-cü ildə Türkiyə məhkəməsi Kənan Evreni dövlətə qarşı cinayət ittihamı ilə məhkum etmişdi.

K.Evrenin hakimiyyəti dövründə yeni parlament seçkiləri keçirilmiş və Türkiyə Avropa İttifaqına üzvlük üçün müraciət etmişdi.

General Evrenə təqaüddə olduğu dövrddə iki baş tutmayan sui-qəsd edilib.

General təqaüddə olduğu illərdə rəssamlıqla vaxt keçirirdi.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.