Böyük Vətən müharibəsi iştirakçılarının həyat yolu gənc nəslə örnəkdir


Böyük Vətən müharibəsi iştirakçılarının həyat yolu gənc nəslə örnəkdir

Font ölçüsü

elmarg.jpg

Böyük Vətən müharibəsində faşizmə qarşı mərdliklə mübarizə aparan veteranlarımız, hər bir hörmət və ehtirama layiqdirlər.

Bu fikirlər alman faşizmi üzərində qələbənin 70 illik yubileyi münasibətilə Gəncədə keçirilən təntənəli mərasimdə səsləndirilib. Mərasim hərbi geyimdə olan məktəblilərin paradı ilə başlayıb. Sonra 1941-1945-ci illər Böyük Vətən müharibəsini əks etdirən rəsm, eləcə də bu müharibədə şücaət göstərən azərbaycanlı igidlərin həyatından bəhs edən kitabların sərgisinə baxış keçirilib.

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağında yerləşən məzarı önündə keçirilən yubiley tədbirində Azərbaycanın Dövlət Himni səsləndirilib. Məzarın önünə əklil qoyulduqdan sonra havaya yaylım atəşi açılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Böyük Vətən müharibəsinin iştirakçılarını təbrik edib, diqqətə çatdırıb ki, faşizm üzərində qələbənin əldə edilməsinə Azərbaycan çox böyük töhfələr verib. Bu müharibədə ölkəmizin 700 minə yaxın vətəndaşı iştirak edib ki, onlardan da 300 minə yaxını həlak olub. Azərbaycan neftçilərinin əməyi nəticəsində isə müharibənin qəti qələbəsi təmin edilib. Bu gün isə Azərbaycan xalqının güclü iqtisadiyyatı və qüdrətli ordusu var.

Keçmiş döyüşçülərdən 10 nəfərinə qələbənin 70 illik yubiley medalları təqdim edildikdən sonra Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Mir Cəlalın “Ərik ağacı” əsəri əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sinəsini orden və medallar bəzəyən veteranlarla söhbət edib, onların sosial-məişət qayğıları ilə bağlı arzu və təkliflərini dinləyib.

Dosye.org

elmarg2.jpg

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.