AMEA-da BİRLƏŞMİŞ NÜVƏ TƏDQİQATLARI İNSTİTUTUNUN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB


AMEA-da BİRLƏŞMİŞ NÜVƏ TƏDQİQATLARI İNSTİTUTUNUN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Font ölçüsü

ame1.JPG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə məqsəd birgə tədqiqatlar aparmaq üçün BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlərlə görüşüb müsahibə aparmaq və onlar arasında seçim etmək, həmçinin nüvə fizikası sahəsində əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə birgə görüləcək işlərin perspektivlərini dəqiqləşdirmək olub.

Tədbirdə Rusiya tərəfindən işçi qrupun rəhbəri və BNTİ-nin elmi katibi Nikolay Rusakoviç, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Dmitriy Kamanin, İnformasiya Texnologiyaları laboratoriyasının direktoru Vladimir Korenkov, Elmi Tədris Mərkəzinin direktoru Stanislav Pakulyak, Azərbaycan tərəfindən isə ATLAS layihəsində Azərbaycanı BNTİ-də təmsil edən qrup rəhbəri Namiq Cavadov, Fizika İnstitutunun “Yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Övsat Abdinov, Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri, akademik Adil Qəribov və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə AMEA ilə BNTİ arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Nüvə fizikası sahəsində sözügedən institutun təcrübəsinin Azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən Akademiya rəhbəri ikitərəfli əməkdaşlığın bundan sonra da effektiv olacağına əminliyini ifadə edib.

Sonra Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BNTİ-də Azərbaycan Respublikasının tam səlahiyyətli nümayəndəsi Nazim Məmmədov çıxış edib. Bildirib ki, bu il Fizika, Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, Molekulyar Biologiya və Biotexnologiya institutlarına, həmçinin, M.V.Lomonosov adına Moskva Dövlət Universititeninin Bakı filialına qəbul olan birinci kurs magistrlar iyul, avqust aylarında BNTİ-nin Elmi Texniki Mərkəzində təcrübə keçəcəklər.

Daha sonra Nikolay Rusakoviç BNTİ və onun yerləşdiyi Rusiyanın Dubna şəhəri haqqında, institutun strukturu, iş prinsipi və fəaliyyət istiqamətləri barədə məlumat verib. N.Rusakoviç qeyd edib ki, BNTİ-yə 18 ölkə tamhüquqlu üzvdür. İnstitut beynəlxalq elmi mərkəz olduğu üçün burada xarici alimlər çalışırlar. Dünyanın bir çox ölkələrindən olan nüfuzlu alimləri də burada tez-tez görmək olur. Daha çox gənc alimlər bu elmi mühitdə yetişmək üçün gəlirlər.

N.Rusakoviç onu da əlavə edib ki, BNTİ heç bir nazirliyə tabe deyil və onun ali orqanı Tam Səlahiyyətli Nümayəndələr Komitəsidir. İnstitut bu komitəyə daxil olan səlahiyyətli nümayədələr tərəfindən idarə olunur. Mütəmadi olaraq, ildə iki dəfə komitənin iclasi keçirilir və əsas məsələlər bu iclasda müzakirə olunur. İnstitutda elmi məsələlərə nəzarəti isə Elmi Şura həyata keçirir. Şuranın əsas tərkib hissəni dünyanın müxtəlif ölkələrindən olan tanınmış fiziklər təşkil edir.

Sonra N.Rusakoviç BNTİ-də fəaliyyət göstərən laboratoriyaların iş prinsipi və institutun beynəlxalq əlaqələri haqqında məlumat verib. Tədbirdə digər qonaqlar da hər iki təşkilatın əməkdaşlıq perspektivləri haqqında öz fikirlərini bildirib.
Akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən yekun iclasın sonunda BNTİ-nin rəhbərliyi və Azərbaycan Respublikası hökümətinin BNTİ yanında səlahiyyətli nümayəndəsinin iştiraki ilə birgə protokol imzalanıb.

Protokolda 2016-cı ildən başlayaraq BNTİ tərəfindən keçirilən beynəlxalaq treninqlərə göndərilən bakalavr, magistr və doktorantların sayını artırmaq, AMEA-nın 70-illiyi və BNTİ-nun 60-illiyi ilə əlaqədar birgə yubileylər haqqında tədbirlər planı hazırlamaq və sərgi keçirmək, 2015-ci ildən başlayaraq BTNİ və AMEA-nın elmi müəssisələrinin müştərək layihələri üzrə müsabiqələr elan etmək və digər məsələlər öz əksini tapır.


AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

ame2.JPG

ame3.JPG

ame4.JPG

ame5.JPG

ame6.JPG

ame7.JPG

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.