“Hafiz Hacıyev dəlidir, ona nə deyim?” – Abutalıbovdan sərt cavab


“Hafiz Hacıyev dəlidir, ona nə deyim?” – Abutalıbovdan sərt cavab

Font ölçüsü

aci.jpg

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ona qarşı irəli sürdüyü ittihamlara cavab verib.

Bakı meri H.Abutalıbov Publika.az-a açıqlamasında deyib ki, Hafiz Hacıyev nə dediyini özü də anlamır: “Mən o adamın nəyinə cavab verim? Hafiz Hacıyev dəlidir, axmağın biridir. Mən indi bu barədə onunla danışacam”.

Xatırladaq ki, bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev paytaxtın Azadlıq prospektində yanan binaya görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu ittiham edib: "Hacıbala müəllim bilmir ki, onu gətirən kimdir? Bəyəm xəbəri yoxdur binalara hansı materiallar vurulur? Çox gözəl bilir. Sadəcə olaraq, özünü bilməzliyə vurur".

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.