Leyla Əliyevanın xoşməramlı səfir diplomu Mehriban Əliyevaya verildi


Leyla Əliyevanın xoşməramlı səfir diplomu Mehriban Əliyevaya verildi

Font ölçüsü

meh10.JPG

Mayın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano Da Silvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Birinci xanım Mehriban Əliyeva  Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında uzun illərdir ki, uğurlu əməkdaşlığın qurulduğunu, bu səfərin əlaqələri daha da möhkəmləndirəcəyini dedi. Heydər Əliyev Fondunun fəaliyyətində humanitar sahənin prioritet olduğunu bildirən Mehriban Əliyeva birgə layihələrin həyata keçirilməsinin mümkünlüyündən danışıb. Azərbaycanın birinci xanımı ölkəmizdə ərzaq təhlükəsizliyinə böyük diqqətlə yanaşıldığını, bu sahədə bir sıra proqramların reallaşdırıldığını söyləyib, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təcrübəsinin faydalı ola biləcəyini vurğulayıb.

FAO-nun  baş direktoru Jose Qratsiano Da Silva artıq ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini, budəfəki gəlişində də paytaxtımızda böyük dəyişikliklərin şahidi olduğunu qeyd edib. Qonaq bildirib ki, rəhbərlik etdiyi təşkilat dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir.

Jose Qratsiano Da Silva Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görüldüyünü bildirərək diplomu Mehriban Əliyevaya təqdim edib. Qonaq Leyla Əliyevanın FAO-nun Romadakı baş ofisinə dəvət edildiyini bildirib.

meh12.jpg

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.