Nizami Piriyev ona işgəncə verildiyini bildirir


Nizami Piriyev ona işgəncə verildiyini bildirir

Font ölçüsü

nizami.jpg

“Artıq bir neçə gündür ki, mən döyülürəm və qeyri-insani rəftarla üz-üzəyəm. Cümə günündən (mayın 22-dən-red.) etibarən mən hər gün bir neçə dəfə döyürlər. Mən vəkilim Muxtar Mustafayevdən bununla bağlı Baş Prokurorluğa və MTN-ə müraciət etməyi xahiş etmişəm”.

Həbsdəki oliqarx Nizami Piriyevin virtualaz.org saytının redaksiyasına göndərdiyi bəyanatda belə deyilir.

Yaranmış bu vəziyyəti virtualaz.org saytına şərh edən vəkil Muxtar Mustafayev qeyd edib ki, o, artıq Azərbaycanın baş prokuroruna təcili şəkildə müraciət edib.

M.Mustafayev deyib ki, ona müvəkkili ilə görüşməyi qadağan edirlər. Bununla belə vəkil də oliqarx N.Piriyevin üzləşdiyi qeyri-insani rəftar barədə məlumatlı olduğunu bildirib.

Xatırladaq ki, oliqarx Nizami Piriyev bir müddət əvvəl saxlanılıb və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Nizami Piriyev “PNN Group” şirkətinin sahibidir. Onun oğlu Nəsib Piriyev isə həmtəsisçilərindən biridir.

“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesi sahəsində ixtisaslaşan və metanol istehsalı ilə məşğul olan “AzMeCo” şirkətidir.

Bundan əlavə “PNN” şirkəti Azərbaycan və Ukraynada öz mağazalarını açmış “De Beers и Hamley's” şirkətlərinin tərəfdaşıdır. “PNN Group” KFC qəlyanaltıxana şəbəkəsini də inkişaf etdirir.

Şirkət öz maliyyə göstəricilərini açıqlamır. Amma onun aktivləri 650 milyon dollar həcmində qiymətləndirilir.

Virtualaz.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.