Manverl Sarkisyan: “Serj Sarkisyan hakimiyyətə intriqalar və hərc-mərclik yolu ilə sahib oub”

Dosye.org. Ermənistanın “Lragir.am” nəşrinə istinadən Ermənistanın Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru Manverl Sarkisyanla müsahibəni təqdim edir:

– Ermənistanda son günlər baş verən daxili hadisələri necə qiymətləndirisiz? Əvvəl Serrj Farkisyan və Qaqik Sarukyan arasındakı daxili müharibədən söhbət gedirdi, indi isə biz onların adi görüşlərini müşahidə edirik…

-Bilirsiz, Ermənistan daxilində bir oyun oynanılır. Bu oyun da əslində “müxalifət”in maskasını çıxarıb onları ifşa etmək məqsədi daşıyır. İndi elə alındı ki, bu plan açıldı də iqtidar özü ifşa oldu. Başqa cür ola da bilməzdi. Sarukyana dedilər ki, get öz işinlə məşqul ol. O da getdi. Ermənilərin çox hissəsi, inqilabın olacağı, hakimiyyətin dəyişəcəyi kimi illuziyalara qapılmışdı o da bir yuxu kimi ötüb getdi.
– Sizcə Ermənistan cəmiyyəti bir daha hakimiyyətin yalanını ifşa etdi yoxsa, sadəcə xilaskar Sarukyan steriotipinin suya düşməsi ilə üzləşdi?

– Düşünürəm ki, sarukyanın ətrafına yığışan insanlar elə bilirdilər ki, Sarukyan Ermçənistanı mövcud durumdan xilas edəcək. Amma indi bu cür fikrə qapıldıqları üçün məyus olublar və təəsüf hissi keçirirlər. Amma onlar bu anda sadəcə özlərini düşünmılidirlər və özlərini xilas etməlidirlər. Çox adam düşünürdü ki, Sarukyan çox şey əldə edəcək. Axı heç bir əhəmiyyəti və dəyəri olmayan biri nə əldə edə bilər axı? Kimsə onu kumirə çevirmək niyyətində idi. Həmin insanlar elə bilirdilər ki, ölkədə hər şeyi pul həll etmək iqtidarındadır. Amma anlamırdılar ki, bu belə deyil. əslində bu hadisədə elə də böyükbir sensasiya yoxdur. Baxmayaraq ki, bir çoxları bu hadisəni faciə edir.

-Yəni siz hesab edirsiz ki, ermənistanda pullu adam hakimiyyətə gələ bilməz?

-Əgər dünya siz dediyiniz kimi adi olsaydı biz o zaman orta əsrlər dövründə yaşayardıq. Dünyanı ağıl idarə edir. faktiki olarq, Serj Sarkisyan hakimiyyətə intriqalar və hərc-mərclik yolu ilə sahib oub və pulun hakimiyyətə yiyələnmək üçün rol oynamadığını sübut edib…

-Sizcə erməni camaatı öz yolu ilə getməyə davam etməlidir, ya xilaskarını axtarmalıdır?
-Əgər cəmiyyət fərd olaraq addımlar atmağa qadir deyilsə, o zaman qoyun xilaskarlarını axtarmağa davam etsinlər.

-Sizcə nə üçün Serj Sarkisyan Sarukyanla hakimiyyətə yiyələnməklə bağlı danışıqlara getməsini ictimailəşdirdi? Axı Sarkisyan onunla pərə arxasında da danışıqlara gedə bilərdi…

– Ovik Abramyan deyir ki, kim ki normal dildə anlamır onun başına qapaz vurmaq gərəkir. Bu oğru məntiqidir. Görünür o uzun zaman bu məsələnin fərqinə varmayıb. Ona görə də necə deyərlər, başından qapaz vurdular. Həqiqətən utancvericidir ki, oğru və dələduzları sadəcə cəmiyyətə sırıyırlar. Amma konstitusiya islahatlarına gəlincə isə, hamı iddia edir ki, onlar gərəklidir. Lakin o islahatlar heç kəsi maraqlandırmır. Dəyişikliklər o zaman olur ki, o vaxt ki yeni prinsip və dəyərlər yoxdur. Ermənistan da nəsə bir yenilik etməyə çalışdı. Amma bu yeniliyin əsas qayəsi ondan ibarət idi ki, hakimiyyət dəyişməsinin imitasiyasını yaradaraq, camaatı buna inandırmaq. əslində isə heç nəyi dəyişməmək prinsipi ilə iş görülürdü. Belə isə olmur.

-Demək istəyirsiz ki, Ermənistanın yeni cəmiyyətə və yeni hakimiyyətə ehtiyacı var?

– Əlbəttə cəmiyyətin də özünə görə təqsiri var. Çünki onlar mövcud hakimiyyətə inanmaq istəyirlər. Əgər insanlar birləşmək və yenidən formalaşmaq istəmirlərsə, onlar elə belə də yaşamağa davam edəcəklər..

COMMENTS