Masallı sakinləri Afət Mirzəyevə etiraz edir- YENILƏNİR

Masallı DYP əməkdaşlarına elə bir səlahiyyət verilib ki, onlar çəkinmədən gündəlik haqq- hesablarını tələb edə bilir.

 

Bu sözləri bizə Masallı rayon sakini (adı şərtdir) etiraz edərkən bildirdi. Onun dediyinə görə Masallı da vəziyyət elə bir həddə çatıb ki, YPX-nin əməkdaşları rayon sakinlərinə meydan oxuyur. Etiraf edək ki, polis qanun keşiyində duran dövlət qulluqçusudur. Keçək mətləbə..

Bəzi DYP əməkdaşları tərəfindən vətəndaşların hüquqlarının kobud şəkildə pozulması halları antikorrupsiya mübarizəsinin də yalnız seçmə üsulla aparıldığı təəssüratını yaradır. Bu baxımdan bəzi rayonlarda Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən kifayət qədər açıq şəkildə özbaşınalıqlara yol verilməsi ictimaiyyətin diqqətini xüsusilə cəlb edir. Redaksiyamıza daxil olan məlumatlardan da belə aydın olur ki, bölgələrdə bununla bağlı vəzyyət kifayət qədər problemlidir. Düzü ilk düşündüyümüz bu olmuşdu ki, bəlkə də DYP İdarəsi Masallı rayon şöbəsinin rəhbərliyinin tabeçiliklərində olan əməkdaşların öz vəzifə borclarını bir qırağa qoyaraq yollarda reketlik etmələrindən həqiqətən xəbərləri yoxdur. Bir faktı nəzərinizə çatdıraq ki, YPX-nin əməkdaşları etiraf edirlər ki, onları bu işə vadar edən məhz rəis Afət Mirzəyevdir. Məlumatı verən mənbə onu da vurğuladı ki, Afət Mirzəyev Gəncə şəhərindən yüksək məbləğə “transfer” olunub. Onun tabeçiliyində çalışan YPX-nin əməkdaşı bu barədə bizə olduqca ilgic məlumatlar ötürəcək. Araşdırmalar davam edir..

 

P.S. Elektron ünvanımıza daxil olan məlumatın məzmunu ilə tanış olun: “Ariz İsmayılov mənə dedi ki, hər gün həmin 200 manatı komandirinə verməsə, onu işdən çıxararlar. Ona görə də, həmin pulu çıxarmaq üçün sürücülərin qarşısını kəsərək, müxtəlif bəhanələrlə onlardan pul qoparır” Növbəti yazılarımızda daha ətraflı biləcəksiniz.

COMMENTS