Masallıda 36 yaşlı hamilə qadın doğuşdan sonra dünyasını dəyişib.
Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, hadisə aprelin 23-də baş verib. Belə ki, 1989-cu il təvəllüdlü qadın həmin gün saat 00:05 radələrində 40 həftə 3 günlük hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Xəstəxanada aparılan zəruri tibbi müayinələrdən sonra doğuşun konservativ-gözləyici taktika ilə aparılmasına qərar verilib.
Lakin saat 03:00 radələrində qadının səhhətində qəfil pisləşmə baş verib. Tibb işçiləri tərəfindən dərhal reanimasiya tədbirləri görülməsinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb və saat 03:26-da onun ölüm faktı qeydə alınıb.
Hadisə ilə bağlı ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
COMMENTS