Masallıda ata qızını qətlə yetirdi

Masallıda ata qızını qətlə yetirdi

Noyabrın 7-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Teleqraf.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası 1969-cü il təvəllüdlü Şükürov Hüseyin Qurban oğlu saxlanılıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

COMMENTS