Top.Mail.Ru

Masallıda BİABIRÇILIQ: Meşə müdiri işdən azad olunub, amma….

Masallıda BİABIRÇILIQ: Meşə müdiri işdən azad olunub, amma….

Masallı Meşə təsərrüfatı İdarəsin 3 ay öncə, bu il yanvar ayının 28-də təyin olunmuş (Bundan əıvvəl Masallı Məşğulluq Mərkəzinin müdiri olub) Elsevər İmamyarov da 3 ay sonra vəzifəsindən çıxarıldı. Bu barədə dosye.org rayon sakinləri məlumat verib. Xatırladaq ki, bir müddət əvvəl ölkənin ən tanınmış saytlardan olan qafqazinfo.az saytı məlumatı dərc edib. Məlumatda Yardımlı rayon ərazisində 15 palıd ağacının kəsildiyi, və təbiətə 1117 manat ziyan vurulduğu qeyd olunur. 

Eyni vəziyyət Biləsuvar rayonunda baş vermişdir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyat nəticəsində məlum olmuşdur ki, Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru işdən azad olunmağına baxmayaraq iş başında imiş.

Əldə etdiyimiz məlumatlara görə, Elsevər İmamyarov işdən çıxmaq əmrini almadığını söyləsə də, əslində elə deyil. Yuxarıda qeyd etdiyimiz kimi, E. İmamyarov vəzifədən azad edilib. Lakin bəzi səbəblərdən onun hələdə vəzifəni zəbt etdiyi barədə məlumatlar əldə etmişik.

Biz öncə Elsevər müəllimi Yardımlı rayon sakinin Şakir İmanovun onun haqqında hazırlanmış video şikayəti təqdim etdik. Mənbə iddia edir ki, Masallı RİH başçısı Şahin Məmmədov rayona rəhbər təyin edildikdən sonra bir sıra “işlər” gördü. Məhz Elsevər İmamyarovun bu gün də meşələrin talan edilməsində müstəsna xidmətləri var.

Dosye.org olaraq bildirmək istəyirik ki, məsələni nəzarətdə saxlayır və bəzi araşdırmalar aparıldıqdan sonra ətraflı məlumatlar dərc ediləcək. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

 

COMMENTS