Masallıda dəhşətli qəza: 8 nəfər öldü – Video

Masallıda dəhşətli qəza: 8 nəfər öldü – Video

Masallıda yük maşını Mersedes “Vito” markalı mikroavtobusla toqquşub.

Axar.az xəbər verir ki, hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralanan şəxs 24 yaşlı gənc qızdır.

Ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Qəzaya düşənlər toya gedirlərmiş.

***

Masallıda ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır Masallı Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hər iki şəxsin vəziyyəti yaxşıdır.

DOSYE.ORG

 

COMMENTS