Masallıda MEŞƏ QULDURLARI istədiyini edir… – NARAZILIQ!

Masallıda MEŞƏ QULDURLARI istədiyini edir… – NARAZILIQ!

Redaksiyamıza Cəlilabad və Masallıdan bir qrup şikayətçinin verdiyi məlumata əsasən, Masallı, Cəlilabad və Yardımlı meşələrində vəziyyətdə günü-gündən pisləşir və dilsiz meşələr san ki, fəryad edərək deyir, siz bəziləri kəsb məhv etdirməklə, əslində özünüzü, gələcək övlsdlarınızı və insaniyyəti məhv etririrsiniz .

Meşələrimiz hazırda əvvəlkindən də daha çox qırılır.
ETSN-i artıq 2-ci aydır ki, bizim şikayətlərin heç birinə cavab vermir. Daha doğrusu verə bilmir. Çün ki, bizim əlimizdə kifayət qədər fakt (videoçəkiliş, fotoşıkil və rəsmi sınədlər ) və sübutlar vardır.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş mütəxəssis və mühəndis vəzifələrinə ali təhsilli kadrlar qala-qala qeyri-peşəkar və orta ixtisas təhsilli kadrları yığıbrlar.

Onların sözlərinə görə, bu işlərin başında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov durub.

Şəxsən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiyanın qorunmasından xəbəri yoxdur.
Əgər xəbəri olsaydı, o zaman vəziyyət belə biabırçı gündə olmazdı:

-Dövriyyədə olan əkinlər yoxdur;

-Meşəlır qırılıraq məhv olur;

-Meşə torpaqları günü-gündən zəbt olunaraq orada qeyri-qanuni tikililər salınır;

-Meşə torpaqları qazılıb satılıb;

-MRMTM-də olan sənədləşmınin əksəriyyəti saxtadır;

– Bir qrup cinayətkar dəstə Mərkəzi idarə edir və s.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. //azinfo.tv//

DOSYE.ORG

COMMENTS